Meqale.net 2019-cu il üçün whatsapp, instagram və facebookda paylaşmaq istəyəcəyiniz statusları sizlər üçün paylaşır.

– Azan səsini sevirəm. Çalan musiqi susur, söyüş söyülmür, içki içən dayanır. Yəni, 5 dəqiqəlik bəziləri insan olur.

– Sənət üçün soyunana alqış edənlər, ALLAH üçün geyinənə niyə zülm edər?

– Toxunmadığın biri üçün darıxırsansa, o artıq sənin qəlbinə toxunmuşdur.

– Mənim həyatım ideal deyil, amma sahib olduğum hər şeyə görə ALLAHA minnətdaram.

– Hz.Məhəmməd: Başqalarının qüsurlarından bəhs etmək istədiyin vaxt öz qüsurlarını xatırla. O zaman başqasının qüsurlarından danışmağa haqqın olmadığını biləcəksən.

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dünyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq.

– Ayrıldığımda “boş ver dünyanın sonu deyil ki” deyən dostlarıma mənim dünyamın o olduğunu necə başa sala bilərəm axı?!

– Çox vaxt olmayacağını bildiyi halda xəyal qurmaq yorur insanı..

– Sən onu qırmamaq üçün onun səhvlərini deməzsən, o isə özünü mükəmməl biri hesab edər.

– Paradokslar əsrində yaşayırıq. Sülhə nail olmaq üçün müharibə aparırıq.

– Qəlbimi qırsa belə ayrıla bilmədiyim insan var bu həyatda. Yellənəcəkdən yıxılan uşaq heç küsərmi parkdan.

– Hər ağlayan bədbəxt deyil. Hər gülən xoşbəxt olmadığı kimi…

– Bir heyvanın verdiyi sevinci verməyən insanlar var.

– Kaş ki, sən mən olaydın və səni sevmənin necə çətin olduğunu hiss edərdin. Kaş ki, mən sən olaydım və bu qədər sevilməyin ləzzətini duyaydım.

– Etdiyi onlarca yaxşılığın bir yanlışda unudulduğunu görüncə insan istər-istəməx həyatdan soyuyur. Ən yaxınlarından belə…

– Oğru olub oğurlamaq istəyirəm, Anamın üzündəki vaxtsız qırışları!

– Əslində sən də haqlı idin. Ucuz ürəyinə bahalı gəlmişdim.

– Dodaqda başlayır, yataqda bitir. Çoxsu da buna sevgi deyir.

– Kasıbın saf sevgisindən narahat olan bəzi qızlar, varlının qucağında çox rahat olurlar.

– Mən heç vaxt geriyə dönüb baxmıram. Çünki yanımda olmağa layiq olan geridə qalmazdı!

– Başa düşən oğlanlar üçün həyatda “söz” şillə-təpikdən daha möhkəmdir.

– “Əlini vicdanına qoy” desəm əlini cibinə salacaq insanlar var…

– Onu nə qədər sevdiyini digər insanla söyləyə bilərkən, gedib ona başa sala bilmir insan.

– Çirkin qız yoxdur. Namusu və qeyrəti olan hər bir xanım gözəldir!

– Yanında olduğum zaman dəyərimi bilməsən, dəyərimi bildiyin zaman yanında olmaram.

– Onu 5 saniyəlik görmək üçün saatlarca gözləməkdir sevgi.

– O qədər kirlədiblərki sevgini, birini həqiqətən sevsən başa sala bilmirsən.

– Ya danışacaq sözü olmalıdır insanın, ya da susacaq ədəbi.

– Hər kişiyə “Həyatım”, “Ömrüm” dediyinə görə ölümsüz olmalısan qadın!

– Edam masasında asqıran məhkuma “Çox yaşa”demək kimi idi ümidlərimiz..

– Bəzəkli sevgi sözləri yoxdu bizdə, baxışımız yetər əsl sevənə.

– Boğazımızda qalan xoşbəxtliyi kürəyimizə vura-vura çıxardılar..

– KİŞİ OL! Dadını çıxara bilmədiyin qızın adını çıxarma!!

– Səni sevmiyən insanı sevmək saflıq deyil. Dəlicəsinə sevmək deməkdir.

– Bəziləri ma-mülk axrasında, bəziləri şan-şöhrət arxasında, bəziləri qız, bəziləri oğlan arxasında. Bilmirlər ki, Əzrayil (ə) hamsının arxasında!

– Ey şeytan sən nə qədər girsən də qanımıza, yenə də Rəbbimiz var şah damarımızda.!

– Sevginin mükəmməl olmasına ehtiyac yoxdur. Qarşılıqlı olsun yetər.

– Biz çiçək yoluruq ki, “sevir-sevmir”. Həyat isə bizi yolur ki, “dözür-dözmür”.

1 şərh yazılıb “2019-cu il üçün ən yeni statuslar

Mövzuya şərh

Your email address will not be published. Required fields are marked with *.