Reuters saytı xəbər verib ki, Apple şirkəti gələn ildən etibarən Hindistanda öz smartfonlarını istehsal etməyə başlayacaq. Verilən məlumata görə, smartfonların istehsalı ilə Apple şirkətinin əməkdaşlıq etdiyi Foxconn şirkəti məşğul olacaq. Belə ki, Hindistanın Şriperumbudur şəhərində Foxconn şirkətinin artıq lazımi istehsalat infrastrukturu var. Onu da qeyd etmək lazımdır ki, Foxconn Apple şirkətinin Çindəki rəqibi Xiaomi-nin smartfonlarını da məhz Hindistanda istehsal edir.

Beləliklə Foxconn Hindistandakı zavodunda iPhone-ların istehsalı üçün ayrıca istehsalat xəttini istifadəyə verəcək. Bu işin reallaşdırılması üçün şirkət 356 milyon dollar vəsait ayırmağı və 25.000 yeni iş yeri yaratmağı planlaşdırır. Məlumatlara görə Hindistandakı zavodda iPhone X5-də daxil olmaqla yalnız flaqman modellər istehsal olunacaq.

Qeyd etmək lazımdır ki, Apple şirkəti daha əvvəllər də Hindistanda smartfon istehsalı ilə məşğul olub. Lakin vaxtı ikən həmin ölkədə yalnız büdcəli modellər (iPhone 6S iPhone SE) istehsal edilib. Görünür, şirkət Hindistandakı mövqeyini genişləndirmək və orda təkcə büdcəli deyil həmdə flaqman modellərin satışlarını rellaşdırmaq istəyir. Bundan əlavə olaraq Çin ilə ABŞ arasında olan ticarət müharibəsi səbəbilə şirkət smartfon istehsalını Çindən başqa ölkəyə keçirtməyi planlaşdırır.

Mövzuya şərh

Your email address will not be published. Required fields are marked with *.