MyPassion
1984-cü ildə E-Mail yollamaq üçün edilənlər (VİDEO)
4 Sent 2016, 23:48 \ Baxılıb: 670 dəfə \

Hazırda bir e-mail göndərmək sadəcə saniyələr qədər vaxt çəkir. Bəs sizcə, 1984-cü ildə vəziyyət necə idi? Aşağıdakı paylaşdığımız video 1984-cü ildə e-mail göndərməyin çətinliyini gözlər önünə sərir.

Rəqəmsal dövrü yaşadığımız gündə, e-mail göndərmək həddindən artıq sadə bir prosesdir. Smartfonumuzdan, noutbukumuzdan hətta ağıllı saatlarımızdan belə saniyələr içərisində e-mail göndərə bilirik.

Bəs bu vəziyyət bundan düz 32 il əvvəl, yəni 1984-cü ildə necə idi?

Dəqiqələrlə davam edən prosedurlar

Videonun bəlkə də ən diqqət çəkən tərəfi, təqdimatı edən şəxsin "bu həqiqətən çox sadədir" deməsidir. Halbuki, bu cümlədən sonra adamın dəqiqələrlə fərqli prosedurlardan
keçdiyinə şahid oluruq.

Videoda istifadə edilən kompüter, kompüterdən çox televizora oxşayan dizaynı ilə diqqət cəlb edir. İlk olaraq telefon xətti ilə internetə qoşulan kompüter, kifayət qədər aşağı keyfiyyətli ekranı ilə qarşımıza çıxır.
MicroNet 800 əməliyyat sistemində xəbərlər, BBC verlişləri, proqram geri bildirişləri kimi menyularda yer alır. Videonun sonuna doğru isə qoşulmanın edildiyi studioya e-mail göndərilir.
İstərsəniz sözü daha çox uzatmayaq və videonu sizə təqdim edək.

Şərhlər (1)
Şərh bildir