MyPassion
234 ulduzdan "normal olmayan" siqnallar alındı. Yadplanetlilər?
23 Okt. 2016, 10:59 \ Baxılıb: 1217 dəfə \

Stephen Hawking-in yadplanetliləri tapmaq üçün başlatdığı proyekt daxilində 2.5 milyon ulduzu izləyən elm insanları, 234 ulduzdan "normal olmayan" siqnallar aldıqlarını deyiblər.

Meqale.net Sabah qəzetinə istinadən yazır ki, ingilis fizika professoru Stiven Hokinqin "yadplanetliləri tapmaq üçün" başlatdığı missiyada siqnal ala biləcəkləri iddia edilir. Hokinqin, Rus milyarderi Yuri Milnerin və Facebookun qurucusu Mark Zuckerbergin ortaq şəkildə icra etdiyi "Breakthrough Listen" adlı layihələrində Dünyadan çox uzaqdakı 2.5 milyon ulduzdan 234-dən normal olmayan siqnallar gəldiyi və bu siqnalları yadplanetlilərin çıxarmış ola biləcəyi ifadə edilir.

Layihə daxilində Kanadadakı Laval Universitetinin elm insanları Ermanno Borra və Eric Trorrier, siqnalların bir ulduz topasının ətrafındakı yüngül titrəməyə bənzədiyini söyləyirlər. Borra və Trorrier, New Mexikoda olan Sloan Digital Sky Survey adlı teleskopla təsbit etdikləri bu titrəşimlərin siqnal olduğuna görə yadplanetlilər tərəfindən çıxarılmış olması iddia edirlər. Mütəxəssislər ulduzlardan gələn siqnalların kosmosun dərinliklərindən gələn lazerlərlə eyni xüsusiyyətə sahib olduğunu qarşıya qoyur. Borra və Trorrier, Cornell Universitetinə aid məlumatlar arxivində nümayiş edilən məqalədə daha əvvəl yadplanetlilərə aid olduqları nəzərdə tutulan siqnallara bənzəyən yeni siqnallar kəşf etdiklərini ifadə etdilər. "Breakthrough Listen" layihəsində anormal əlamətlər göstərən hər ulduz yoxlanılır, kosmosda başqa varlıqlar olub olmadığı araşdırılır.

Şərhlər (0)
Şərh bildir