MyPassion
30 il bundan əvvəl kosmonavtlar kosmosda necə əylənirdilər? VİDEO
7 Sent 2016, 22:29 \ Baxılıb: 1528 dəfə \

Kosmonavt dünyanın ən cəlbedici vəzifələrindən biridir. Lakin, əslində həyəcanlı uçuş dəqiqələri və missiyaları arasında günlərlə, hətta həftələrlə bekar vaxtlar olur. Belə vaxtlarda kosmonavtlar necə əylənirlər?

İndiki vaxtda kosmonavtlar kosmosda ola-ola Twitter -də müxtəlif fotolar paylaşır və planşetlərində filmlər izləyirlər. Lakin 1980-ci illərdə kosmonavtlar bizə indi adiləşmiş cihazlardan məhrum idilər. Buna baxmayaraq onlar kosmosda əyləncəli vaxt keçirə bilirdilər. NASA -nın arxivindən olan bu video onu göstərir ki, çəkisizlik şəraitində adi kağız təyyarənin buraxılması, geyimlərin geyinilməsi və yuxu kimi proseslər necə qeyri-adi hala çevrilirlər. (Technote.az)

Şərhlər (0)
Şərh bildir