MyPassion
3200 yaşındakı bu ağac o qədər böyükdür ki, tək bir fotoşəkil kvadratına belə sığmır!
24 Avq. 2016, 20:59 \ Baxılıb: 1256 dəfə \

O, meşədə yaşayan bir nəhəngdir. Tam 3200 yaşındadır və o qədər böyükdür ki, bu günə qədər heç kim onu tək bir fotoşəkil kvadratına sığışdırıb çəkə bilməmişdir.
Californiada Sierra Neva sıra dağlarında yaşayan bu nəhəngin adı "The President" yəni, "Prezident"-dir.

Sözü gedən Prezident, 75 metr boyda və 8 metrdən böyük diametri olan bir Sekoya ağacıdır. Nə az nə çox iki milyard yarpağının olduğu təxmin edilir. "Prezident" adını isə 29 ABŞ başçısı Warren G. Hardingdən 1923-cü ildə ilhamla almışdır. Prezident bəlkə də dünyanın ən uzun ağacı deyil, amma, genişliyinə görə ölçüləbilən ağaclar arasında "dünyanın ən böyük ikinci ağacı" kimi yer alır.


Kaliforniyanın coğrafiyasına xas olan Sekoya ağaclarının bu cür büyüyə bilməsinin səbəbi gövdələrinin xəstəliklərə və həşəratlara qarşı olduqca dayanıqlı olmasıdır. Bu faktorlar digər ağac növlərinin həyat müddətinə xeyli mənfi təsir edir. Sekoyaların bir başqa xüsusiyyəti isə gövdələrinin çox qalın qabığdan təşkil olunmasıdır. Bunun sayəsində meşə yanğınlarına qarşı belə dayanıqlı ola bilir.






Bir qrup National Geographic fotoqrafları elm adamlarının apardıqları işlər nəticəsində Prezidenti tam bir fotoşəkil etməyi bacaran ilk qrup olmuşdur. 32 günlük bir iş nəticəsində çəkilən 126 fərqli kvadrat bir yerə toplanaraq Prezidentin belə bir fotoşəkilini ortaya çıxarmışdır. Fövqəladə!





Yazdı: Məqalə.Net

Şərhlər (0)
Şərh bildir