MyPassion
Acı bibərin bilinməyən 10 faydası
8 Okt. 2016, 20:25 \ Baxılıb: 2326 dəfə \

Xəstəliklərə qarşı etdiyimiz mübarizədə bizi qoruyan ən yaxşı qalxan şübhəsiz yediyimiz qidalardır. Bədənin müqavimətini artıran qırmızı acı bibər bütün qidalar arasında önə çıxır.
Meqale.Net yazır ki, gündə 2 ədəd qırmızı acı bibərin bədəni ürək xəstəliklərindən xolesterol kimi problemlərə qarşı qoruya biləcəyini söyləyən Türkiyə Mütəxəssisi Prof. Dr. Ziya Mocan, yeməsi acı, şəfası şirin qırmızı bibərin faydalarını aşağıdakı kimi sıralayır:

QRİPƏ QARŞI BİRƏ-BİR

Tək bibər bütün gün ehtiyacınız olan betakarotenin hamısını və C vitaminini daşıyır. Bədənin müqavimətini artırır, qrip və soyuqdəymə əlamətlərini azaltmaqda olduqca təsirli olur.

TƏBİİ AĞRI KƏSİCİ

Qırmızı bibəri acı edən tərkibindəki "Capsaicin" adlı birləşmədir. Acı bibəri dişlədiyinizdə ağzı yandıran bir istilik hiss edərsiniz, amma bu acı tərs gəlsə də, əsəbinizi yumşalda bilər.

XOLESTEROLU AŞAĞI SALAR

Edilən bəzi araşdırmalar acı bibərin trigliseritləri aşağı salmağa, pis xolesterolu azaltmağa köməkçi olduğunu göstərmişdir.

İNFARKTDAN QORUYUR

Acı bibərin tərkibindəki C vitamini, beta-karoten və antioksidanlarla bədənin xərçəngə və ürək xəstəliklərinə tutulma riskini azaldır. Acı bibər qan dövranını sürətləndirir. Bu da ürək böhranı və ya iflicə qarşı qorumanı təmin edir.

XORANIN QARŞISINI ALIR

Qırmızı acı bibərin mədədəki mikrobları xüsusilə də helikobakteriya piloriyini öldürdüyü və mədə xorasına maneə törətdiyi söylənilmişdir.

ZƏİFLƏDƏR

Acı bibər metabozlimanı sürətləndirib, zəiflədə bilər.

BRONXİTİ YÜNGÜLLƏŞDİRƏR

Bəlğəm təmizləyən funksiyaları vardır;
Xroniki bronxit ilə anfizemi yüngülləşdirər;
Tənəffüs çətinliklərini aradan qaldırar.

HƏZMİ ASANLAŞDIRAR

Bütün bibərlər mədə turşusunu artıraraq həzm sekresiyalarını çoxaldar. İştahı açar və həzmi asanlaşdırır.

QƏBİZLİYİ RAHATLAŞDIRIR

Ehtiva etdiyi lif nisbətiylə bütün bibərlər qəbizliyə yaxşı gəlir. Bütün bu əhəmiyyətli təsirlərindən faydalanmaq üçün hər gün bibər yeyilməlidir.

Şərhlər (0)
Şərh bildir