MyPassion
Acılı toyuq qanadları
30 May 2016, 00:04 \ Baxılıb: 1180 dəfə \

Acı sevən qonaqlarınız üçün ləziz yemək hazırlamaq istəyirsinizsə, acılı toyuq qanadı ideal seçimdir.

Ərzaqlar:
1 kq toyuq qanadı,
1 stəkan duru yağ,
2 xörək qaşığı qatıq,
3 xörək qaşığı ədviyyat qarışığı,
1 xörək qaşığı bibər püresi,
500 qr dilimlənmiş kartof,
Duz.

Hazırlanması:
Bir stəkan yağ, 2 xörək qaşığı qatıq, 3 xörək qaşığı ədviyyat qarışığını və acı bibər püresini qarışdırın. Həmin bu qarışığı toyuq qanadlarına sürtüb, soyuducuda 2-3 saat gözlədin. Vaxt tamam olduqdan sonra qanadların hər iki tərəfini də qızardın. Digər tərəfdən də yapışmayan tavada kartofları qızardın. Bəzəyib, ikisini də süfrəyə verin.

Şərhlər (0)
Şərh bildir