MyPassion
Airbus şirkəti tezliklə uçan taksilərini təqdim edəcək
26 Avq. 2016, 19:13 \ Baxılıb: 698 dəfə \

Müasir insanın gündəlik qarşılaşdığı problem arasında ən mühüm yerlərdən birini də tıxaclar tutur. Biz bəzən saatlarla tıxacda otura. hər hnası bir səbəbdən bağlanan yolun açılmasını gözləyə bilərik. Bu hal insanda əsəb gərginliyi yaradır, vacib işlərinin təxirə salınması nəticəsində müəyyən problemlər yaradır. Bütün bunları yaxşı bilən dünyanın ən nəhəng aero şirkətlərindən biri olan Airbus öz-özünü idarə edə bilən taksilərin yaradılmasına start verib. Qeyd edək ki, çoxdan gözlənilən bu yenilik heç də uzaq gələcəkdə deyil, məhz 2017-ci il sınaqlarından sonra fəaliyyətə başlaya bilər.

Airbus bildirir ki, bu elmi fantastika filmlərinin ssenarisi kimi səslənsə də, tezliklə reallığa çevriləcək. Şirkətin rəhbəri Tom Enders bu iddia ilə razılaşan ilk adamdır:

"Mən Ulduz Müharibələri filminin böyük fanatlarından deyiləm. Buna baxmayaraq, böyük şəhərlərin səmasında uçuşan maşınları təsəvvür etmək mənə çılğın bir ideya kimi görünmür. Bütün bunlar isə uzaq gələcəkdə deyil, çox yaxın zamanda baş verəcək."

Konseptə əsasən, aeroporta gələn istifadəçilər əvvəlcədən pilotsuz Airbus taksilərində yer bron etməli və vertolyot meydançasından uçuşa hazır olmalıdırlar. Sərnişinlər təyin olunan yerə adi taksilərə verdikləri ödənişin eynisi qədər ödəməklə çata biləcəklər. Çünki, bir taksidə bir neçə sərnişin uçacaq və dolayısıyla dəniş onların arasında bölüşdürülərək ödəniləcək. Yükü isə başqa bir xidmət vasitəsilə daşıyacaqlar. Zenhop adlı bu taksilərdən əlavə, məhz yük daşınması üçün Zenluggage sistemi də işə düşəcək.


Airbus şirkəti həm də pilotsuz çatdırılma xidməti üzərində işləyir və bu sistemin sınaqlarını 2017-ci ilin ortalarında Sinqapur Universitetində keçirməyi hədəfləyir. Avtomatlaşdırılmış hava gəmisi məyyən hava dəhlizləri ilə hərəkət edərək, lazımi nöqtələrdə yükü buraxacaq və sifarişçiyə bu barədə bildiriş göndərəcək.

* Pahoo.az-a istinadən

Şərhlər (0)
Şərh bildir