MyPassion
Alimlər ilk dəfə yerdən kənar həyat formasını meteoritdə aşkar ediblər
10 Okt. 2016, 10:55 \ Baxılıb: 916 dəfə \

Kanadalı alimlər Sen-Tomas buzlaqlarına düşmüş meteoriti incələyiblər.

Meteoritin daxilində onlar bu dünyaya aid olmayan mikroorqanizmlər aşkar ediblər. Meqale.Net Technote.az-a istinadən xəbər verir ki, hər halda bu cür mikroorqanizmlərə indiyənə kimi Yer kürəsində rast gəlinməyib. Meteoritin daxilində aşkar edilmiş mikroorqanizmlər insan tərəfindən tapılmış ilk dünyadan kənar həyat forması ola bilər. Meteoritlərin müşahidəsi ilə məşqul olan planetologiya mərkəzinin direktoru
Piter Braun-un sözlərinə əsasən meteorit Yer kürəsinə 18 Mart tarixində düşüb. Braun öz həmkarı Fil MakKosland ilə birlikdə meteoritin qalıqlarını taparaq onları incələmişdir. Məhz qalıqları incələyən zaman onlar, qeyri-adi həyat formasını aşkar ediblər. "Biz gördük ki, meteoritin mineral fraqmenti mikroskopik çuxurlar ilə örtülüdür. Biz düşündük ki, bu məhv olmuş həyat formasının izləri ola bilər. Orqanizmlərin çox hissəsinin sağ olduğunu görəndə biz çox təəccübləndik” – deyə Fil MakKosland bildirib. Alimlər həmin orqanizmlərin çox hissəsini nümunə kimi götürüblər. Onlar bu məsələni sirr olaraq saxlamaq niyyətində deyillər və bu tədqiqata dünyanın müxtəlif yerlərindən olan alimləri cəlb etmək istəyirlər. Onlar bildirirlər ki, yeni həyat forması haqqında bütün məlumatları əldə etmək üçün illərlə vaxt lazım ola bilər.

Şərhlər (2)
  • MyPassion

    Efsane
    20 Sent 2018, 14:50 - [cavab]

    Yerin yaranmasinda fikri olan alim
  • MyPassion

    Efsane
    20 Sent 2018, 14:50 - [cavab]

    Yerin yaranmasinda fikri olan alim
Şərh bildir