MyPassion
Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar.
4 Fev. 2017, 12:02 \ Baxılıb: 2476 dəfə \

Firefox ilə bildiyimiz Mozilla, ötən illərdə Android əməliyyat sisteminə rəqib olmaq üçün Firefox OS adlandırdığı əməliyyat sistemi üzərində işlədiyini bildirmişdi. Ancaq Firefox OS-u uzun işlərdən sonra inkişaf etdirib, son olaraq istifadəçilərə təqdim etməyə çalışsalar da, bu mövzuda firma heç də uğurlu ola bilmədi.

Meqale.net bildirir ki, hətta bir vaxtlar Mozilla inkişaf etməkdə olan ölkələr üçün əlverişli Firefox OS ilə işləyən Firefox Phone adlı telefonunu eşitdirmiş olsa da, yenə də uğursuz bir cəhd olaraq firma tarixində yer almışdı. Mozilla uzun müddət əziyyət çəkdiyi Firefox Os-u adam edə bilməyincə bir də çaşqınlıq yaratmayacak bir qərar aldığını eşitdirdi.

Şərhlərə görə, Firefox OS üzərində işləyən 50 nəfərlik qrup ilə Mozilla ilə yolları ayırma qərarı aldı. Bu qərara əsasənnFirefox OS əməliyyat sistemini tarixin tozlu rəflərinə qoyulduğunu söyləyə bilərik.

Androidə rəqib olmaq istəyərkən bir anda özünü quyuda görən Mozilla, görəsən gələcəkdə bu cəhdi bir daha təkrarlayacaqmı?

Şərhlər (0)
Şərh bildir