MyPassion
Apple-dan sonra Samsung da qulaqlıq girişinə son qoyur
15 Sent 2016, 22:03 \ Baxılıb: 779 dəfə \

Yeni gələn məlumatlara görə Apple-dan sonra Samsung-un da qulaqlıq girişini ləğv edəcəyi deyilir.

"Samsung", Galaxy Note 7 partlamaları ucbatından diqqətini alternativ həllər tapmağa yönəldərkən, digər tərəfdən də yeni radikal dəyişikliklərə yelkən açmaq istəyir. "Technote.az", "Teknolojioku.com"a istinadən bildirir ki, yeni çıxan iddialar "Samsung"un "Apple"ın izindən gedərək qulaqlıq girişini qaldırmağa istiqamətli işlər icra etdiyini göstərir. Texnologiya nəhəngi "Samsung"un, "Apple"ın Lightning həllinə bənzər şəkildə öz ötürmə portunu inkişaf etdirdiyi və bu portun USB Type-C əsaslı olduğu da gələn iddialar arasındadır.
Bu nöqtədə "Samsung"un yeni texnologiyaları özünə uyğun şəkildə yeni məhsullarına inteqrasiya etməyə çalışdığı görülərkən, "Apple"ın bazarı istiqamətləndirmə gücünün hələ də təsirli olduğu açıq aydın görülür. Bu maraqlı mövzuyla əlaqədar yeni xəbərləri sizlərlə paylaşmağa davam edəcəyik.

Müəllif - Polad Tağıoğlu

Şərhlər (0)
Şərh bildir