MyPassion
Apple"ın Adroid"dən oğurladığı 10 ədəd yeni iOS 10 funksiyası
17 İyun 2016, 18:35 \ Baxılıb: 746 dəfə \

Apple"ın mobil əməliyyat sistemi iOS 10 bir çox yeni xüsusiyyəti ilə təqdim edildi. Bu xüsusiyyətlərdən bəzilərinin Androiddə uzun müddətdir mövcud olmağı müzakirələrini də özü ilə gətirib.

Apple'ın yeni əməliyyat sistemi iOS 10 nəhayət təqdim edildi. Bir çox yeni xüsusiyyət ilə gələn yeni versiyanın bəzi xüsusiyyətləri müzakirələri də özü ilə gətirib. Android istifadəçiləri iOS 10-a gələn yeniliklərin çoxunun Androiddə uzun müddətdir var olduğunu və Apple'ın bu xüsusiyyətləri Androiddən oğurladığını iddia edib.

iOS - Android qarşıdurması elə asan-asan bitəcək kimi görünmür. İllərdir davam edən mübahisədə bir dövr iOS cəbhəsindən "təqlidçilik" iddihamları yüksəlirdi. Görünən odur ki, indi sıra Android cəbhəsindədir.
iOS 10-un Androiddən oğurladığı iddia edilən 10 yeni xüsusiyyət:


1. Yeni kilid ekranı görünüşü


iOS 10-un yenilənmiş kilid ekranı kart əsaslı dizaynı ilə Android görünüşünü xatırladır.

Android N kilid ekranını aşağıdakı şəkildə görə bilərsiniz


2. Bütün bildirişləri təmizləmək
iOS 10-a kimi iPhone"da bütün bildirişləri tək tək silmək lazım idi. iOS 10 ilə birlikdə artıq bildirişləri bir dəfəyə silə bilərsiniz. Bu xüsusiyyət də Androiddə uzun müddətdir mövcud olan yeniliklərdən biridir.

3. Bildirişlərə baxmaq üçün telefonu yerindən qaldırmaq
Masada dayanan telefonu açmaq istəmirsiniz, tək dərdiniz yeni bir bildiriş var mı deyə baxmaqdır. Telefonu yavaşca olduğu yerdən qaldırdığınızda ekran işıqları yanaraq sizə bildiriş ekranını göstərir. Əgər lazımlı bir şey yoxdursa cihazı yerinə qoyursunuz və yuxu rejiminə davam edir. Androidin Lollipop versiyasında gələn Ambient Display xüsusiyyəti iOS 10 ilə birlikdə iPhone'lara da gəlib.

4. Daha Azad Siri
iOS"un səsli fərdi assistenti Siri"nin inkişafı bir xeyli yaxşı görünür. Ən sevindirici xəbərlərdən biri isə Siri"nin tətbiq hazırlayan developerlərə açılmağı oldu. Yəni, Siri artıq başqa proqramlarda da istifadə edilə biləcək. Bu xüsusiyyət Google səsli assistenti üçün ötən ilin aprel ayında təqdim edilmişdi.

5. Fotoşəkillərdə üz təyini

iOS'un fotoşəkillər tətbiqində artıq insanlar üzlərinə görə təyin edilə biləcək. Android'də Google Photos tətbiqi sayəsində bu xüsusiyyət bir neçə müddətdir istifadə olunur.

6. Daha açıq Xəritələr

Eynilə Siri"də olduğu kimi Xəritələr tətbiqi də developerlər üçün açılıb. Bu sayədə OpenTable, Uber və s. fenişləmələr əlavə olunaraq xəritələrin istənilən məqsədə uyğun daha inkişaf etmiş xüsusiyyətlər təqdim etməsi təmin edilə biləcək. Bu da Google-ın və bu səbəbdən Androidin xəritələr tətbiqində uzun müddətdir mövcud olan xüsusiyyətlərdən biri.

7. Telefonun öz tətbiqlərini silmək
iOS 10 ilə birlikdə Applenin təqdim etdiyi tətbiqləri silmək mümkündür. Androiddə həmin tətbiqləri həmişə silmək olub.

8. İnkişaf etdirilmiş Notlar tətbiqi
Androidin Notlar tətbiqində olan paylaşma və çeşidləmə kimi xüsusiyyətlər iOS 10-un Notlar tətbiqinə də əlavə olunub.

9. Safari bölünmüş ekran

Eyni anda birdən çox Safari pəncərəsini yan-yana açmağa yarayan bu xüsusiyyət yalnız iPad üçün təqdim edildi. Androidin isə Chrome brauzerində çoxlu pəncərə xüsusiyyətini bir neçə müddətdir istifadə etmək mümkündür.

10. Daha ağıllı telefon tətbiqi
iOS"un uzun illərdir dəyişməyən daxili telefon tətbiqi iOS 10 ilə birlikdə yeniləndi və səsli mail oxumaq xüsusiyyəti əlavə olundu. Google"ın daxili telefon tətbiqi Google Voice isə bu əməliyyatı onsuz da çoxdan edə bilirdi.

Mənbə: Technote.az

Şərhlər (0)
Şərh bildir