MyPassion
Artıq çəki beyninizi zəiflədir!
19 Okt. 2016, 17:49 \ Baxılıb: 935 dəfə \

Hamı bilir ki, artıq çəki insan sağlamlığına mənfi təsir edir, diabet, ürək-damar, dayaq-hərəki sistemi xəstəliklərinin riskini artırır.

Son araşdırmalar göstərib ki, artıq çəki həmçinin beyinin funksiyalarına mənfi təsir edir.

Xarici mətbuatın məlumatlarına görə, Böyük Britaniya alimləri 12 il ərzində 50 yaşdan yuxarı olan insanların beyinin fəaliyyətini araşdırıb belə qərara gəliblər ki, artıq çəki beyinin əsas funksiyalarına (diqqət, yaddaş, təfəkkür) çox mənfi təsir edir. Alimlər bunun səbəbini araşdırıblar. Onların fikirinə görə artıq çəki orqanizmdə iltihabın səviyyəsini artırır ki, bu da beyinin funksiyalarını zəiflədir.

Şərhlər (0)
Şərh bildir