MyPassion
Azadlıq nədir? Necə azad biri olaq? - MOTİVASİYAEDİCİ YAZI
10 İyul 2016, 03:53 \ Baxılıb: 4321 dəfə \

Salamlar. İnanıram ki, bu məqalədən sonra həyatınız yaxşıya doğru dəyişəcək. Bu dəfə azadlıqdan danışacam, hansı ki, həyatımızın əsas istiqamətçisidir.

Nədir azadlıq?
Azadlıq insanın heç bir şeydən asılı olmamasıdır. Bu hər kəsə qismət olmur. Hər kəs azadlığın dadına baxa bilmir. Çünki, qorxur. Qorxur ki, tək ayaqda qala bilməz, yıxılar. Körpə ilk yeriməyə başlayanda yıxıldığı kimi. Amma, körpə belə zaman ötdükdən sonra sərbəst yeriyə bilir. Cəhd etmək lazımdır. İnsan dünyaya bir dəfə gəlir, necə yaşamaq insanın öz haqqıdır...

Bəzi insanlar, əsasən gənclər, özlərinin azad olduqlarını sübut etməyə çalışırlar. Bunu ailədən qaçmaqda, cəmiyyətdən fərqlənməkdə və s. görürlər. Azad seks, ateizm, qatı din, cəmiyyətin qəbul etmədiyi formalar heç də azadlığın göstəricisi deyil. Əgər azad olduğunuzu başqalarına sübut etməyə çalışırsınızsa, siz heç də azad biri deyilsiniz. Azadlıq insanın ruhunda olmalı, yaşamalıdır. Əgər bir oğlan saçını uzatmaq istəyirsə, niyə də bunu eləməməlidir ki? Yaxud, heç bir dini qəbul etmək istəmirsə, bu da onun haqqıdır. Sevdiyi insanla qovuşmaq da bura bir əlavədir. Ailə bağlarından qırılmaq azadlıq demək deyil - məs., Azərbaycan azad dövlət olduqdan sonra türkçülüyü - ata-babasını rədd etmədi, amma bəzi türk adətlərini dəyişdirdi. Bir insan da belə olmalıdır. Səni yaradana hörmət elə, amma sən də YARAT!


Azadlıq təbiətin bir komponentidir. Var olub və olacaq, ta ki, bu istək yox olana qədər. Düzgün düşünmək, azadlığı dərk etmək lazımdır.


Azadlığı cəmiyyətin normal qəbul etmədikləri ilə qarışdırmaq olmaz: hər şey elə nizamlanmalıdır ki, heç kəsin mədəniyyəti, milliyəti, inancı, baxış tərzi alçalmasın.

"Küçədə öpüş"ə normal baxmaq olar, unutmaq olmaz ki, həmin küçədən azyaşlı uşaqlar, əsası yeniyetmələr və qadınlar keçir. Xaricdə uşağa 4-5 yaşından bunlar aşılanır, biz də isə belə deyil. Bunları da daim nəzərdə saxlamaq lazımdır. Bu bir az, çərçivələnmiş azadlıq sayılsa belə, qəbul edilməlidir.

İstədiyini əldə et, al, qazan, vuruş, çalış, komplekslərdən uzaq ol - bax budur AZADLIQ!


İnanıram ki, məni düzgün anladınız. Fikirlərinizi gözləyirəm :)

Müəllif: Əli Rza (millinet.biz yazarı)

Şərhlər (12)
Şərh bildir