MyPassion
Azərbaycan - nın xoşbəxt ölkələr siyahısındakı yeri
5 Okt. 2016, 20:20 \ Baxılıb: 963 dəfə \

"Xoşbəxt ölkələr"in ("World Happiness Report") reytinq sırasında Azərbaycan 81-ci yerdədir.
"Report" xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib.
Məlumatda qeyd olunub ki, BMT-yə üzv olan 158 ölkədə bununla bağlı araşdırma aparılıb. Ermənistan 121-ci, Gürcüstan isə 126-cı yeri tutub.
Hesabata əsasən, reytinq siyahısında birinci yerdə Danimarkadır. Sonrakı iki yeri İsveçrə və İslandiya tutur. Finlandiya və İsveçdə ilk onluqdadır. ABŞ bu siyahıda 13-cü, Almaniya 16-cı, Rusiya isə 56-cı, Türkiyə 78-cı, İran isə 105-ci yerdədir.
Sonuncu yerdə Burundidir. Bu ölkə Suriyadan da aşağı pillədə bərqərar olub.

Ümüd edirəmki bu sırada getdikcə irəli gedəcəyik.

Şərhlər (0)
Şərh bildir