Məqalə.Net — Milli Məqalə Portalı
19.08.2017 Saat: 05:43
#Maraqlı #Faydalı #Texnologiya #Elm və Təhsil #Mətbəx #Oyunlar #Musiqilər #Yumor #Şeirlər #Uşaq dünyası #Hekayələr #Tariximiz #Şəkillər #Tibb sahəsi #Proqramlar #Videolar

Tariximiz » Azərbaycan tarı



Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar! Səni kim unudar?


Mikayıl Müşfiqin bu sətirləri Azərbaycan xalqının mədəniyyətində əvəzsiz yeri olan ecazkar musiqi aləti – tara ithaf olunur. Sanki ilahidən gələn sehrli səsdi bu… Dünya musiqisinin incisi hesab olunan muğamımızın şah damarı, sehrli olan tar səsi. Dahi bəstəkar Üzeyir Hacıbəyli tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazır: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı aləti hesab olunur.

“Tar” sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri kimi, təbiidir ki, müasir tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranıb və əsrlər boyu formalaşıb. Bu alətin adı ilk dəfə XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkilib. İlk tar 5 simdən ibarət olub və dizdə ifa olunub. Musiqiçilərin sözlərinə görə, ilk tarın səsi zəif, texniki imkanları məhdud olub. XIX əsrin ikinci yarısında Azərbaycanın görkəmli tarzəni Mirzə Sadıq Əsəd oğlu — Sadıqcan tarı təkmilləşdirərək, onu virtuoz musiqi alətlərinin səviyyəsinə çatdırıb. Nəticədə ümumi konstruksiya dəyişib və simlərin sayı 11-ə çatıb. Amma dəyişən tək bu olmayıb, həmin dövrdən alətin çəkisi azaldılıb və tarzənlər tarı diz ustə deyil, artıq sinədə tutmağa başlayıblar. Bu da tarın texniki imkanlarını daha da genişləndirib. Musiqi tarixinə istinad edərək bildirmək olar ki, Sadıqcanın tarda işlətdiyi barmaqları, vurduğu alt-üst mizrabları hələ indiyə qədər heç kəs təkrar edə bilməyib.

Dü tar, se tar, çahar tar, pənc tar və şeş tar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlayıb. Belə ki, 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutub. Əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırır.

Tar aləti hər zaman ifaçıların maraq dairəsində olub və olmaqdadır. Tar bu ün müxtəlif yaş kateqoriyalı ifaçıları öz ətrafına toplayıb. Uzun illərdir tarı sinəsinə alan və bu aləti həyatının musiqi aləti hesab edən xalq artistiMöhlət Müslümovhesab edir ki, Azərbaycan tarı bütün digər ölkə tarlarından tembir, çalğı üslubu, texniki imkanlar baxımından seçilir və üstündür: “Bu gün dünyanın ən böyük salonlarında bizim tarımız istər muğamlarda, istər ansambllarda yer tutur. Azərbaycan tarı bu günə qədər gəldiyi yolda çox keşməkeşli yol keçdi. Və bu gün dünyanın ən gözəl alətinə çevrildi və son illər YUNESKO-nun Azərbaycan tarını şah alət elan etməsi onu sübut etdi ki, tar Azərbaycana məxsusdur, tar Azərbaycanındır”.

Artıq bütün dünyaya bəyandır ki, Azərbaycan tarı tembrinə görə fərqlidir. Möhlət Müslümov deyir ki, dünyada oxşar tembrlər var, amma məhz bu tembir tək bizim tarımıza məxsusdur: “100 alət olur simfonik orkestrin tərkibində, amma tarın səsi, onun tembri o dəqiqə seçilir. Biz bunu dəfələrlə görmüşük və eşitmişik, özümüz dəfələrlə sübut etmişik. Tar çox qüdrətlidir. Dünyaya meydan oxuyan böyük orkestrlər var, o orkestrlərdə olan musiqi alətlərinin arasında bizim tarımız öz tembri ilə seçilir, öz sözünü deyib, buna görə də biz həmişə Üzeyir Hacıbəyova, Sadıqcana rəhmət oxuyuruq. Tarı elə bir səviyyəyə gətirib çıxardılar ki, Avropa not sistemi ilə eyni səviyyədə dayandı. 22 pərdə, 2 oktava yarım, bəzən 3 oktava da olur. Hər bir qəliz əsəri tarda çalmaq olur. Tarın özəlliyi bundadır”.

Qəhrəmanlıq, mübarizlik, kövrəklik ruhunu özündə birləşdirən Azərbaycan tarı bütün dünya xalqlarının sevilən alətinə çevrilib. Dövrümüzdə istər bu alətdə ifa etmək bacarığı olan, istərsə də musiqi alətində ifa etməyi bacarmayan hər bir azərbaycanlı tara olan sevgisini bəyan edir. Bu gün qürbətdə yaşayan bir çox həmyerlilərimizin evində tar alətinə rast gəlmək olur.

O da sirr deyil ki, ermənilər Azərbaycan tarını da mənimsəmək üçün əllərindən gələni edirlər. Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edildikdən sonra, tarın məhz bizə məxsusluğu bir daha dünyaya bəyan edilib. Azərbaycan tarı milli-musiqi mədəniyyətimizin, Azərbaycan musiqisinin rəmzi hesab olunur. Azərbaycanda hər zaman tar aləti musiqinin simvolu kimi qəbul olunub və 2012-ci ildə YUNESKO-nun təmsiledici siyahısına daxil edildikdən sonra tar sənəti, tar ifaçılığı artıq Azərbaycanın milli brendinə çevrilib. Bütün dünyada Azərbaycan tarı deyiləndə insanların xatirində milli mədəniyyətimiz canlanır.

Sənətşünaslıq namizədi Sənubər Bağırova bildirib ki, çox qədim tarixi olan tarın bir xeyli prototipləri, əcdadları olub: “Orta əsr Azərbaycan və Yaxın Şərq musiqi mədəniyyətində belə alətlər professional səviyyədə çox geniş yayılmışdılar. Dü-tar, se-tar, cahar-tar, şeş-tar, penc-tar. Bunların hər biri indiki tarın əcdadları kimi qiymətləndirilə bilər. Hətta bəzi alətlər var ki, dü-tar və se-tar hələ də təcrübədədir. Dü-tar bu gün də Türkmənistanda geniş istifadə olunan musiqi alətidir. Se-tar da İranda çox geniş yayılan bir musiqi alətidir. Azərbaycanda da bu alətlər orta əsrlərdə XVIII əsrin sonuna qədər yayılmış idi. Tar özü XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən artıq təcrübədə get-gedə aparıcı yol oynamağa başlayır”.

Azərbaycanda muğam və məqam sistemi tarın pərdə sisteminə bağlıdır. Azərbaycan tarı universal bir musiqi aləti hesab olunur, çünki Azərbaycan musiqisində olan istənilən janrı bu alət də ifa etmək mümkündür. İlk dəfə tar Üzeyir bəy Hacıbəyli tərəfindən simfonik alətlərin arasında “Leyli və Məcnun” operasının partiturasında istifadə olunub və get-gedə simfonik orkestrin nəzdində daha geniş yer almağa başlayıb. XX əsrin 50-ci illərində ilk dəfə olaraq “Tar və simfonik orkestr üçün konsert” yazılıb. Elə həmin vaxtlarda tar ilk dəfə solo ifaçılıq formasında təqdim olunub. O zamandan bu günə kimi tar iki yolla tədris olunur – həm müşayiətçi alət olaraq, həm də ki solo ifaçılıq kimi.

S.Bağırova bildirib ki, 2012-ci ildə tar — YUNESKO-nun təmsiledici siyahısına salınması üçün təqdim olunmuşdu. O zaman tar haqqında yetəri məlumatlar hazırlamaq lazım idi: “Tarın tarixindən, Azərbaycan musiqisindəki əhəmiyyətindən, tarın milli icma tərəfindən tara münasibəti, tarı dəstəkləmə səviyyəsi, təkcə professional mühitdə deyil, tarın daşıyıcıları, bu ənənənin nə qədər daşıyıcıları var. Burada bir çox suallar var idi ki, onlara cavab vermək lazım idi. Filmdə hazırlamaq lazım idi. Bütün bu sənədlər və elmi məlumatlar əsasında tar YUNESKO-ya salındı. O zamanlar bununla bağlı, bir çox problemlər ortaya çıxdı. İran nümayəndəliyi iddia elədi ki, tar İran alətidir. Biz də sübut elədik ki, biz Azərbaycan alətindən danışırıq. Azərbaycan tarı İran tarından çox fərqlidir. Onun fərqliliyi təkcə quruluşunda deyil, həm də ölkə mədəniyyətində olan əhəmiyyəti vacibdir. Tarın Azərbaycan mədəniyyəti üçün əhəmiyyəti daha vacib və genişdir, nəinki İran tarı İran musiqi mədəniyyəti, İran musiqisi üçün. Azərbaycanda muğamla tar bir tandemdir”.

Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqli olan tar, üç — çanaq, qol və kəllədən hissədən ibarətdir. Ümumi uzunluğu 850 mm, çanağının hündürlüyü 165 mm, eni 185 mm-dir.Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simləri var. Sümük və ya ebonitdən hazırlanmış kiçik mizrabla səsləndirilir. 40 ildən çoxdur ki, tar ustası kimi fəaliyyət göstərənMusa Yaqubovbildirir ki, bu alətin çanaq hissəsi üçün ən yaxşı material tut ağacıdır. Bu ağac qarağac da ola bilər. Tar alətinin qol və kəllə hissəsi isə qoz ağacından hazırlanır. Musa müəllim bildirib ki, tarın çanaq hissəsi üçün ağac tən ortadan bölünür: “Əvvəlcə kubik formasında olur. Özək hökmən çıxmalıdır. Özək qalsa, çatlaya bilər. Sonra kubikin içi bu formada çıxarılır. Sonra çöl hissəsi yonulur. Yonulduqdan sonra nə qədər çox qalsa, bir o qədər yaxşıdır. Azı 1-2 il qalmalıdır. Tarixini yazıram üstünə, qalır quruyur.

Çanaq tarın əsas səs verən hissəsidir. Tarın baş hissəsi qoz ağacından olmalıdır ki, qoz ağacı möhkəmdir və kök saxlamaq üçün daha yaxşı seçimdir. Əslən Qarabağın Füzuli rayonundan olduğunu deyən usta, elə ən yaxşı ağacın da Qarabağ ağacı olduğunu bildirir. Ağac öncə kərki ilə, sonra xüsusi dəzgah, sonda isə xüsusi oyma aləti vasitəsilə oyulduqdan sonra qurumaq üçün günəş işığı düşməyən yerə qoyulur. Mütləqdir ki, üzərinə gün işığı düşməsin yoxsa ağac çat verə bilər. Zaman keçdikcə rəngdə dəyişiklik olur. Usta sonrakı prosesdə çoxdan düzəldilmiş çanaqla qol hissəsini və kəlləsini yapışqan vasitəsi ilə yapışdırır və qurumağa qoyur. Tarda 9 aşıq olur, onlardan 6-sı böyük 3-ü balaca aşıqdır.

1 neçə il müddətində quruyan alətin tam hazır olma prosesi 1 aya yaxın zaman alır. Tarın çanaq hissəsində olan pərdə inək ürəyinin pərdəsidir. 1 tarın hazırlanmasında 2 ürək pərdəsindən istifadə olunur. Zamanın əsas hissəsi ağacın qurumasına sərf olunur. Sonra qol hissələri bağlanılır. Daha sonrakı prosesdə musiqi alətinin çanaq hissəsinə dəri çəkilir. Dəri xüsusi yapışqanla yapışdırılır. Tarın düzəlməsində sonuncu mərhələ isə simlərin taxılması və düzəldilmiş musiqi alətinin köklənməsi prosesidir. Tarı ifa etmək üçün istifadə olunan mizrab ebonint adlanan materialdan hazırlanır.

Tar ifaçıları hesab edir ki, bu alətin mükəmməl ifaçısı olmaq üçün dayanmadan çalışmaq lazımdır. Azərbaycanın görkəmli tarzəni Hacı Məmmədovun da bu alətin texniki imkanlarının genişlənməsində əvəzsiz xidmətləri olub. O eləcə də, tarda öz sözünü deməyi bacaran tarzənlərdən idi. Bu günümüzdə məşhur tarzənlər məhz Hacı Məmmədovu öz ustadları hesab edir. Hacı Məmmədovdan dərs alan tarzənlərin bildirdiyinə görə, mərhum sənətkar gününün əsas hissəsini tarda ifaya həsr edirmiş. Evinin kandarından tar sədalarının gəlməməsi isə artıq ustadın evdə olmamasından xəbər verirdi.

Əməkdar artist Malik Mansurovtar aləti onun üçün həyat tərzi, təlimi, tərbiyəsi, əxlaqıdır: “Hər yerdə tar mənimlədir. Bəzən ağsaqqallarla etmədiyim məsləhəti məhz tarla etmişəm. Çox nadir hallarda mən tarımı satmışam. Elə məqamlar olub ki, məcbur olmuşam, amma mənə yararsız tarı satmışam. Bu tarları satmaram heç zaman, dostu satmazlar axı”. Malik Mansurov bildirir ki, bu alət insan əməyinin şedevr əsərlərindən biridir: “Olub ki, götürmüşəm tarı və demişəm ki, bəlkə onun burasını belə eləyim, taxtadır da. Hamı 9 aşıqla çalır bu aləti, 15 il bundan əvvəl beynimə düşdü, gənc idim yenilik etmək istəyirdim, hər simə bir aşıq taxmaq qərarına gəldim. Həmin gündən bu günə qədər tar burnunda danışır. Tarın səsi açılmır, xoşu gəlmədi ki, mən ona müdaxilə elədim. Kamança da belədir. Elə bil 2 min, 3 min il əvvəl dədə-babalar necə qoyubsa, elə də getməlidir, yazılmamış qanundur”.

Tar ifaçıları Sadıqcana tarı diz üstdən sinəyə qaldırdığı, ürəyə daha da yaxın etdiyi üçün hər zaman təşəkkür edirlər. Zaman-zaman Qurban Pirim­ov, Hacı Məmmədov, Əhsən Dadaşov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Kamil Əhmədov kimi görkəmli sənətkarlar bu alətin nəyə qadir olduğunu göstəriblər. Bu gün adları sadalanan bu tarzənlərin bir çoxunun tarı muzeylərdə eksponat olaraq saxlanılır. Tar elə bir alətdir ki, onunla dostluq əbədidir. Bu alətdə ifanı arzulayan hər kəs bir ömür boyu bu alətdə çalmaqdan zövq alır. Bəlkə də məhz bu səbəbdəndir ki, dövrümüzdə gənc tarzənlərin bir çoxu bu sənətin sehrinə atalarının, babalarının ifası ilə düşüblər. 



Tar — Azərbaycanın milli musiqi mədəniyyətinin inkişafında müstəsna yer tutur. Tar — bütün dünya ictimaiyyətini Azərbaycan musiqi səsinin sehrinə salmağı bacarıb. Tar — bizim milli kökümüz, kimliyimiz, xalqın səsini dünyaya çatdıran bir musiqi aləti olaraq hər zaman var olacaq!

Ülkər Qasımova, APA TV
Baxılıb: 1025 dəfə.
Yazıldığı vaxt: 17 İyun 2016, 18:50

Şərhlər (0)




Həmçinin bax


Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ
Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı ra...
Milli təfəkkür tərzimiz olan xalça Milli təfəkkür tərzimiz olan xalça
Xalça Oğuz- türk ellərinin həyat tərzinin ayrılmaz hissəsi, tətbiqi sənət növünün zirvəsi, xalqın etik qaydalarının, estetik baxışlarının, yurda, torpağa, vətənə məhəbbət hisslərinin daşıyıcısıdır. Xalça milli kimliyimizdir. Onda xalqın, tayfanın, nəslin, ailənin ta...
Tarixdə Şah İsmayıl anasını öldürübmü? Tarixdə Şah İsmayıl anasını öldürübmü?
Əsrlərdir Şah İsmayıl və Yavuz Sultan Səlim mövzusu insanlar tərəfindən daim müzakirə və mübahisə predimeti olub. Çaldıran döyüşündən 502 il keçməsinə baxmayaraq, hələ də bəzi elm adamları tərəfindən bu “müharibə” davam edir. Hələ də he&cc...
Mübariz İbrahimov Mübariz İbrahimov
Mübariz İbrahimov Ağakərim  oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xi...
Azərbaycanın Milli Qəhrəmanları Azərbaycanın Milli Qəhrəmanları
Azərbaycanın Milli Qəhrəman adına layiq görülmüş Şəhidlər siyahısını sizə təqdim edirik: 1. Akif Əkbərov 2. Aqil Quliyev 3. Aqil Məmmədov 4. Aqil Musayev 5. Albert Aqarunov 6. Alı Mustafayev 7. Allahverdi Bağırov 8. Anatoli Davidoviç 9. Araz Səlimov 10. Arif Qədiməl...
Sara Xatun Sara Xatun
Sara xatun — Azərbaycanın ilk diplomat qadını sayılan şəxsdir. O, Cəlaləddin Əli bəyin xatunu, Uzun Həsənin və Cahangir Mirzənin anası idi. Həyatı Frans Babingerin fikrincə Sara Xatun əslən arami xristian qız olub Diyarbəkirdə doğulmuşdur. Onun Pir Əli Bayandurun qızı olduğu haqqında fik...
Azərbaycan Respublikası Azərbaycan Respublikası
Paytaxtı: [url=/article/Baki-Seheri.html]Bakı[/url] Böyük şəhərləri: 1)Bakı (2 204 200) 2)Sumqayıt (332 900) 3)Gəncə (328 400) 5)Mingəçevir (101 600) Rəsmi dili: [url=/article/Azerbaycan-dili.html]Azərbaycan dili[/url] Etnik qruplar : Türklər – 91.60 %, Ləz...
Xocalı soyqırmı Xocalı soyqırmı
Tarixi: 26 fevral 1992 Yeri: Xocalı Səbəbi: Xocalı şəhərinin erməni sila qüvvələri tərəfindən ələ keçirilməsi Nəticəsi: 161+, 200+ [1] (HRW ) 485 [2] (Tomas de Vaal ) 613 [3] (AR rəsmi məlumatı) Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənista...

←Geri qayıt


Reklam


Təsadüfi məqalələr

Artıq çəki beyninizi zəiflədir! Artıq çəki beyninizi zəiflədir!
19 Okt. 2016, 17:49
"Microsoft" "LinkedIn" şəbəkəsini nə üçün aldı? "Microsoft" "LinkedIn" şəbəkəsini nə üçün aldı?
14 İyun 2016, 19:26
MilliNet.Biz artıq Məqalə.Net ilə.. MilliNet.Biz artıq Məqalə.Net ilə..
2 Okt. 2016, 02:19
“iPhone 7″nin yeni görüntüsü yayıldı (FOTO) “iPhone 7″nin yeni görüntüsü yayıldı (FOTO)
29 May 2016, 10:36
Həvəskar kimyaçı mikrosxemlərdən qızıl əldə edib VIDEO Həvəskar kimyaçı mikrosxemlərdən qızıl əldə edib VIDEO
16 İyul 2016, 15:35
Almalı ravioli resepti Almalı ravioli resepti
16 Sent 2016, 18:58
Ehtiyyatlı Olun Facebook da Virus var! Ehtiyyatlı Olun Facebook da Virus var!
2 İyul 2016, 02:28
Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri
1 Apr. 2017, 13:31
Televizoru yüksək səslə dinləyənlər, bu xəbərə diqqət! Televizoru yüksək səslə dinləyənlər, bu xəbərə diqqət!
25 Okt. 2016, 19:28
Naxçıvana uçan təyyarənin məcburi eniş etməsinin ŞOK SİRRLƏRİ Naxçıvana uçan təyyarənin məcburi eniş etməsinin ŞOK SİRRLƏRİ
9 İyun 2016, 16:04
Azərbaycan - nın xoşbəxt ölkələr siyahısındakı yeri Azərbaycan - nın xoşbəxt ölkələr siyahısındakı yeri
5 Okt. 2016, 20:20
Bürclərin tarixləri dəyişdirildi! Bürclərin tarixləri dəyişdirildi!
7 Sent 2016, 23:58
Nazirlik: İnternetdəki zəifliyə səbəb Bolqarıstan və Rumıniya Nazirlik: İnternetdəki zəifliyə səbəb Bolqarıstan və Rumıniya
15 İyun 2016, 21:08
Paytaxt salatının resepti Paytaxt salatının resepti
27 May 2016, 20:09
2016-cı ilin ən yaxşı oyunları açıqlandı 2016-cı ilin ən yaxşı oyunları açıqlandı
29 Avq. 2016, 00:39
Qəbizlikdən əziyyət çəkirsinizsə, axşam yatmazdan əvvəl bunu için Qəbizlikdən əziyyət çəkirsinizsə, axşam yatmazdan əvvəl bunu için
5 Noy 2016, 14:04
BDDK Türkiyədə PayPal -a nə üçün lisenziya vermədiyini açıqladı BDDK Türkiyədə PayPal -a nə üçün lisenziya vermədiyini açıqladı
3 İyun 2016, 16:17
Kartof kotleti Kartof kotleti
3 İyul 2016, 13:28
Apple"ın yeni model qulaqcıqları Apple"ın yeni model qulaqcıqları
6 Avq. 2016, 20:48
Ona hələ uzun illərcə ehtiyacınız olacaq; Beyini qocalmaqdan qorumanın yolları Ona hələ uzun illərcə ehtiyacınız olacaq; Beyini qocalmaqdan qorumanın yolları
7 İyun 2016, 11:19

Kateqoriyalardan

Maraqlı

Beyin şəbəkəsində 11 ölçülü quruluşlar kəşf edildi! (11 İyul 2017, 10:27)
Ekstremal vəziyyətlərdə necə davranacağınıza dair 10 həyati taktika (18 Mart 2017, 11:48)
Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti (19 Fev. 2017, 21:36)
Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir? (10 Dek. 2016, 14:13)
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi... (10 Dek. 2016, 00:36)
İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşib (3 Dek. 2016, 14:21)
Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir? (2 Dek. 2016, 23:05)
Faydalı

Şəkildə cazibədar görünməyin 10 qaydası (16 Apr. 2017, 16:57)
Rahat yatmaq istəyirsinizsə, limonu dilimləyin və .. (1 Apr. 2017, 13:36)
Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri (1 Apr. 2017, 13:31)
Bu əşyaların son istifadə tarixini bilirsiniz? (19 Fev. 2017, 21:45)
Android cihazlar üçün 5 qızıl məsləhət (3 Yan. 2017, 01:27)
Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və.. (23 Dek. 2016, 02:02)
Duzlu suyun möcüzəsi! (11 Dek. 2016, 17:42)
Texnologiya

Milyonlarla iPhone istifadəçisinə Apple-dan pis xəbər! (15 Apr. 2017, 11:49)
Nəhayət ki, bu baş verdi! Dubayda uçan sürücüsüz taxilər fəaliyyətə başlayır (tarix deyildi) (19 Mart 2017, 01:25)
"Microsoft"un yeni texnologiyası, proqramçıları işsiz qoya bilər (24 Fev. 2017, 20:22)
Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar. (4 Fev. 2017, 12:02)
iPhoneda yeni mesajı gizləmə xüsusiyyəti VIDEO (14 Dek. 2016, 21:10)
Artıq telefonunuzu bir toxunuşla şarj edə biləcəksiniz (VİDEO) (13 Dek. 2016, 23:13)
Modemləri zombiyə çevirən zərərli proqram bütün dünyanın internetini kəsəcək gücdədir (12 Dek. 2016, 18:56)
Elm və Təhsil

NASA yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi! (1 Yan. 2017, 11:08)
Sutkada 25 saat nə zaman olacaq? (9 Dek. 2016, 16:14)
Alimlər mal ətinin əvəzləyicisini tapıblar! (21 Noy 2016, 18:13)
Qadınların yaddaşı kişilərdən daha güclüdür (11 Noy 2016, 20:19)
Alkoqolizmin dərmanı kəşf olundu! (9 Noy 2016, 14:33)
Delfinlər haqqında inanılmaz və maraqlı yeni fakt ortaya çıxıb! (4 Noy 2016, 17:46)
Sol və Sağ beyin birlikdə çalışarsa nə olar? (31 Okt. 2016, 09:06)
Mətbəx

Sevgilinizə bu yeməkləri bişirin - RESEPT (13 Fev. 2017, 22:26)
10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR (13 Noy 2016, 18:12)
Göbələkli blinçik necə hazırlanır? (1 Noy 2016, 01:31)
Şokoladlı gavalı mürəbbəsi (23 Okt. 2016, 14:29)
Ətlə lavaş piroqu (23 Okt. 2016, 14:25)
Zebra naxışlı keks resepti (21 Okt. 2016, 15:50)
Bulqur şorbası resepti (21 Okt. 2016, 15:29)
Oyunlar

GTA V-də kimsəsiz evin yaxınlığında kəşf edilən ürküdücü sirr ortaya çıxarıldı! (1 Noy 2016, 21:04)
Hacker olmaq üçün super oyun: Hackers (23 Sent 2016, 11:42)
Forza Horizon 3 nəhayət tamamlandı! (31 Avq. 2016, 12:08)
2016-cı ilin ən yaxşı oyunları açıqlandı (29 Avq. 2016, 00:39)
WWE Immortals oyunu yüklə (26 Avq. 2016, 17:27)
Cross fire (27 İyun 2016, 18:21)
Zombie Objective (21 İyun 2016, 16:26)
Musiqilər

Mursel - Melek 2016 (5 İyun 2016, 16:49)
Vasif Azimov - Cani Yanar 2015(ft Deniz) (30 May 2016, 20:51)
Yumor

Ronaldonu belə görməmisiniz! - GÜLÜŞ VAXTI (10 İyul 2016, 19:00)
Nisbilik nəzəriyyəsi - QISA VƏ YUMORİSTKİK İZAH (3 İyul 2016, 13:30)
Yalnız qadınlar anlayacaq :) - YUMOR (20 İyun 2016, 00:01)
Məşhurlar və atlar (18 İyun 2016, 00:40)
Qeybətcil arvadların proqnozu)) (5 İyun 2016, 20:42)
Xanım Tapmadığı üçün Məzuniyyət Gecəsinə Pişiklə Gələn Oğlan (28 May 2016, 14:36)
Şeirlər

Profil üçün mənalı və marağlı statuslar (1 Apr. 2017, 23:11)
Maraqlı sevgi statusları (1 Apr. 2017, 18:59)
Cızma-qara.. Parvin Mehtiyev (26 Mart 2017, 17:23)
Sevdim - Pərvin Mehtiyev (24 Mart 2017, 20:24)
Nizami Gəncəvi - lirik qəzəl (9 Mart 2017, 19:33)
Mənə Baxdın (qəzəl) (20 Noy 2016, 12:40)
Sevgi Dəmidir (qəzəl) (20 Noy 2016, 12:21)
Uşaq dünyası

Uşaqların təhsilə münasibətində valideynin rolu (14 Okt. 2016, 23:54)
Körpələrin diş çıxarma əlamətləri (27 Sent 2016, 20:22)
İştahasız uşaqlar üçün faydalı məsləhətlər (26 Sent 2016, 18:29)
Uşağınız qaranlıqdan qorxursa (13 Avq. 2016, 22:55)
Hər gördüyünü istəyən uşaqla necə davranaq? (1 İyul 2016, 00:36)
Uşağa necə "yox" deyək? (28 İyun 2016, 22:45)
Körpə 1 aylığında (22 İyun 2016, 18:09)
Hekayələr

Xoşbəxt pişik (16 Okt. 2016, 11:49)
Nabokovun Sərnişin hekayəsi (26 Sent 2016, 13:58)
Bir işin dəlisi olmaq.. (3 İyul 2016, 14:39)
Eynşteyn və sürücüsü (3 İyul 2016, 13:23)
"Axmaq" şagird - HEKAYƏ (2 İyul 2016, 19:54)
Üç sual-Lev Tolstoy (1 İyul 2016, 00:51)
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! (19 İyun 2016, 15:58)
Tariximiz

Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ (19 İyun 2016, 22:03)
Milli təfəkkür tərzimiz olan xalça (17 İyun 2016, 19:17)
Azərbaycan tarı (17 İyun 2016, 18:50)
Tarixdə Şah İsmayıl anasını öldürübmü? (1 İyun 2016, 16:27)
Mübariz İbrahimov (30 May 2016, 00:47)
Azərbaycanın Milli Qəhrəmanları (30 May 2016, 00:39)
Sara Xatun (29 May 2016, 13:55)
Şəkillər

Oxşarlıq sizi şoka salacaq: məşhurların əkizləri. ŞƏKİLLƏR (1 Apr. 2017, 13:26)
Bu fotolar ən yaxşı ordu fotoları seçildi (26 Okt. 2016, 19:08)
Instagramın "Ən qəribə" fotoqrafçısı (24 Okt. 2016, 19:13)
Sosial şəbəkələr futbol klubu olsa idi formaları necə olardı? (22 Okt. 2016, 21:40)
Yaponların hazırladıqları qeyri-adi çətirlərə baxın (16 Okt. 2016, 12:06)
Cizgi film qəhrəmanlarının real həyatda şəkilləri (28 Sent 2016, 19:19)
Qəlb isidən SSRİ həyatının təsvir edən Natürmort rəsmlər (3 Sent 2016, 23:20)
Tibb sahəsi

İtaliyada uşaqlarına peyvənd etdirməyənlərə cərimə edilir (23 May 2017, 14:43)
Hər 10 ölümdən birinin səbəbi "Siqaret" (6 May 2017, 21:17)
Baş ağrısının 7 qeyri-adi səbəbləri (19 Dek. 2016, 18:52)
Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur.. (11 Noy 2016, 12:20)
Xərçəng xəstəliyinin sağalmama səbəbi müəyyən edildi (8 Noy 2016, 23:49)
Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ (5 Noy 2016, 13:36)
İnsan xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər! (24 Okt. 2016, 12:59)
Proqramlar

"Necə və hansı proqramla?" dediyimiz 6 suala cavab (3 Yan. 2017, 01:37)
Adobe Photoshop Fix: Android üçün təqdim olundu! (4 Noy 2016, 23:17)
Artıq Whatsapp-da VİDEOZƏNG-lər belə edə biləcəksiniz! (yüklə) (27 Okt. 2016, 15:53)
Play Store-da tapa bilməyəcəyiniz ən yaxşı APKlar (19 Okt. 2016, 18:34)
Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey (16 Okt. 2016, 21:34)
Facebookda hesabı necə silirlər? (15 Okt. 2016, 22:25)
Kompüterlər üçün nəhayət Instagram istifadəyə verildi (14 Okt. 2016, 20:09)
Videolar

Britaniyalı şəxs "Dəmir adam" geyiminin işlək prototipini təqdim etdi. VİDEO (1 Apr. 2017, 18:36)
iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO) (25 Dek. 2016, 13:44)
2016-cı ilin ən maraqlı hadisələrini 2 dəqiqəlik videoda əks etdirdilər (17 Dek. 2016, 23:02)
Nüvə bombasının partlamasının fəsadları (VİDEO) (10 Noy 2016, 16:35)
Qolları olmayan qız hər işi görür, inanılmaz bacarıqlarına baxın VIDEO (3 Noy 2016, 21:08)
Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib (Video) (2 Noy 2016, 15:22)
Adrenalin sevənlərə VİDEO (17 Sent 2016, 23:44)

Bizi Facebookla izlə!

Ana səhifə
Saytda axtar
Haqqımızda
Bizimlə əlaqə
Joshgunpro.com
Reklam ver
Saytın xəritəsi
Meqale.Net — 2016 ©
* Materiallardan istifadə zamanı istinad mütləqdir!