MyPassion
"Azerspace-2" nin orbitə buraxılacağı vaxt açıqlandı
28 May 2016, 00:26 \ Baxılıb: 964 dəfə \

Hazırda "Azerspace-2" peykinin istehsal prosesi gedir və peykin 2017-ci ildə obitə göndərilməsi planlaşdırılıb. Digər bir maraqlı layihə isə nanopeyklərin istehsalı ilə bağlıdır.
Bu istiqamətdə "Azərkosmos" ilə Milli Aviasiya Akademiyası əməkdaşlıq edir və artıq tələbə peyki olan "CanSat" layihəsinin icrasına başlanılıb.
Məqalə.Net oxu.az -a istinadən bildirir ki, bu sözləri Rabitə və Yüksək Texnologiyaları naziri Ramin Quluzadə "The Business Year" jurnalına müsahibəsində deyib.
"Vacib məsələlərdən biri də milli kadrların hazırlanmasıdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hazırda "Azerspace-1" peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur.
Ümumilikdə onu deyə bilərəm ki, hazırda ölkəmiz üçün yeni olan kosmik sənaye bütün aspektlər üzrə paralel şəkildə inkişaf edir və peyk xidmətlərinin təşkili uğurlu səviyyəyə çatıb", - deyə nazir əlavə edib.

Şərhlər (0)
Şərh bildir