MyPassion
Bahalı telefonlar necə hazırlanır?
9 İyun 2016, 23:24 \ Baxılıb: 902 dəfə \

Həyatınızın böyük bir hissəsinə çevrilən mobil telefon, noutbuk və playstationlar üçün lazım olan minerallar asan başa gəlmir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən cihazlarda istifadə olunan mineralların 80%-i Demokratik Konqo Respublikasında hasil olunur. Xüsusilə də mobil telefonlardakı gərginliyi tənzimlən və enerji yığımı üçün istifadə olunan minerallar əllə çıxarıldığı üçün böyük əmək tələb edir. Bunun üçün bir mədəndə 400-dən çox işçi gün ərzində 12 saatdan çox çalışır.

Dağların zirvələrində çətin və təhlükəli bir şəraitdə çalışmağa məcbur olan bu işçilərin günlük qazancı sadəcə 5 dollardır. Mobil telefonların markası, qiymətləri fərqli olsa da, bu insanların qazandığı pul və sərf etdikləri əmək eynidir.

Mənbə: Bizimyol

Şərhlər (1)
  • MyPassion

    Leyla
    12 Mart 2018, 19:52 - [cavab]

    Telefon nece hazirlanir?
Şərh bildir