MyPassion
Beyin şəbəkəsində 11 ölçülü quruluşlar kəşf edildi!
11 İyul 2017, 10:27 \ Baxılıb: 7629 dəfə \

Çox insan üçün dördüncü ölçünü anlamaq belə, xəyal gücünü zorlasa da yeni edilən elmi bir araşdırma beyindəki ağ strukturlarının 11 ölçüyə qədər çıxa biləcəyini göstərir.

Yeni edilən bu inqilabi iş sayəsində beynin ən dərin struktur sirrləri anladıla bilinəcək.
Cəbri topoloji bu günə qədər Neyro elmdə heç istifadə edilməmişdi. Budur Blue Brain Layihəsi qrupu şəbəkələrinin çox ölçülü universal həndəsi strukturlarını və boşluqlarını ortaya çıxardı.

Frontiers in Computational Neuroscience jurnalında nəşr olunan araşdırma, hər Neyronun necə bir digər Neyrona bağlanaraq, çox spesifik bir yolla qəti bir həndəsi cismi necə çıxardığını ortaya qoyur. Qrupdakı Neyron sayı artdıqca, həndəsi cismin ölçüsü də yüksəlir. "Xəyal belə edə bilməyəcəyimiz bir dünya tapdıq.

Beynin kiçicik bir nöqtəsində belə, 7 ölçüyə çıxa bilən bu obyektlərdən on milyonlarla var. Bəzi şəbəkələrdə isə bu strukturlar 11 ölçüyə çıxa bilir, "deyir Blue Brain Layihəsi direktoru Prof. Henry Markram "Bu növ işlərdə tətbiq olunan riyazi hesablamalar hər zaman yüksək ölçülü strukturları görə bilmir."

Şərhlər (2)
Şərh bildir