MyPassion
Beyni işləməsini yaxşılaşdıran qidalar
1 İyul 2016, 17:53 \ Baxılıb: 967 dəfə \

Yediyimiz qidaların insanın yaddaş və diqqəti üzərində çox vacib təsiri var. Bəzi qidaları daha çox qəbul edərək yaddaş və diqqətinizi artırıb, daha sürətli düşünə bilməyiniz mümkündür.

Beyni işlədən qidalar:
Yumurta: D vitamini deposu olan yumurta hüceyrələrin özünü bərpa etməsini təmin edərək, beynin fəaliyyətini inkişaf etdirir.
Qatıq: İçində olan tirozin adlı maddə yaddaşı gücləndirib, beyni hərəkətə gətirir.
Qırmızı ət: Dəmir deposu olan qırmızı ət xüsusilə uşaqlarda zəkanın inkişafı zamanı böyük rola malikdir.
Üzüm suyu: Qısa və uzun müddətli yaddaşı gücləndirir. Ancaq eyni təsiri şərab vermir.
Çiyələk: Antioksidant və C vitamini deposudur. Yaş irəlilədikcə zəifləyən beyin funksiyalarını qaydasına salır.
Kartof: Qan şəkərini nizamlayır və bunun sayəsində beyin yaxşı işləyir.
Soya: Soya südü və soyalı qidalar yaşlılıqdan qaynaqlanan zəka çatışmazlığını gecikdirir.
Qoz, fındıq, fıstık: Diqqət üçün qoz, fındıq, fıstıq kimi sinirləri qüvvətləndirən qidaların yeyilməsi məsləhət görülür.

Mınbə: Leydi.az

Şərhlər (0)
Şərh bildir