MyPassion
Bir elm olaraq - Musiqi
13 Sent 2016, 14:30 \ Baxılıb: 1505 dəfə \

Musiqi dedikdə, ağla daha çox onun zövq, əyləncə və ya bədii istiqamət olması gəlir. Əslində musiqi fəlsəfi və ədədi olaraq qiymətləndirilən və bir çox şeylə qarşılıqlı əlaqədə olan bir elmdir.

Musiqi fərdi olduğu qədər sosioloji kökləri olan bir faktdır. Bütün mədəniyyətlərin özünə xas bir musiqisi var. Bir cəmiyyətin həyat şəraiti, iqtisadi, siyasi, psixoloji və sosioloji vəziyyəti araşdırıldıqda musiqi mədəniyyəti haqqında müxtəlif məlumatlar əldə edilə bilər.

Musiqinin bir sənət olaraq tərifi


Musiqini bir sənət olaraq bildiyimizdən bəri bununla əlaqədar fərqli təriflər verilib. Bu təriflər arasında ortaq nöqtələr vardır. Ən əsas tərif olaraq; "Duyğu, düşüncə, dizayn və təəssüratları nizamlı / uyğunlu səslərlə estetik bir quruluşda izah edən bir bütündür" və "səsləri məqsədli olaraq estetik bir quruluşda birləşdirmə müddətidir" deyə bilərik.

Musiqiyə verilən təriflərdən bəziləri


Məşhur mütəfəkkirlər, filosoflar, musiqi ilə və musiqi elmi ilə məşğul olan insanlar musiqiyə fərqli fərqli təriflər vermişlər. Əslində, Avropada Orta dövrdən bu yana davam edən bir ənənəyə görə musiqi; arifmetik, həndəsə və astronomiyanın yanında iştirak etməkdə idi.

Yunanca "Musiki" olub, müxtəlif dillərdə fərqli tələffüz edilən musiqi ilə bağlı bəzi təriflər və ifadələr bunlardır;

VI əsrdə musiqi mövzusunda yazılar yazmaqla məşhur olan Cassiodorus musiqini: "nömrələrlə məşğul olan bir elm sahəsi" kimi müəyyən etmişdi.

Pifaqor: "Bir neçə bir-birinə bənzəməyən səsdən ibarət olan ahəng"

J. J. Rousseau: "Musiqi, səsləri qulağa xoş gələcək şəkildə uyğunlaşdırmaq sənətidir.

E. Kant: “Bir sıra xoş duyğuları səslərlə ifadələndirmə sənətidir”

Konfutsi: "Bütün səslər beyindən (şüur, ağıl) çıxar. Musiqi də onların fərqləri və uyğunluqları arasında bir keçiddir. Musiqi daxildən gəlməklə sükunəti təmin edir"

Platon: “Musiqi, insan ruhunu sakitləşdirən, dincəldən bir sənətdir”

Goethe: “Musiqi, insanları hər zaman kilsə musiqisi olaraq mərasim, xalq musiqisi olaraq rəqsə istiqamətləndirər"

A. Schopenhauer: “Musiqi özdən söz edər.

Musiqini Araşdırmaq


Musiqini araşdırmaq, hər hansı bir şeyi araşdırmaqdan elə də fərqli deyil. Hər hansı bir sahədəki tətqiqatçı, ələ aldığı mövzuda "nə", "niyə" və "necə" kimi istiqamətləndirici suallar soruşaraq şərh verib, açıqlamağa çalışar. Musiqi tətqiqatçısı ələ aldığı bir musiqi parçasını, bir səsləndirməyi, bir çalğını və ya qarşılaşdığı bir musiqi faktını bu suallara cavab axtararaq anlamağa səy göstərir.

Musiqoloji (Musiqi elmi)


Sosial bir elm olaraq Musiqioloji musiqi ilə əlaqədar hər cür məlumat sahəsini araşdıran bir elm sahəsidir. Bir başqa təriflə musiqiyə elmi baxımdan araşdırılan bir elm sahəsi də deyilə bilər.

Musiqioloji yalnız musiqi tarixini araşdırmaq və ya musiqinin hər növünü araşdırma deyil, "Tarixi" və "Sistematik" olmaq üzrə iki yerə ayrılmaqla varlığını davam etdirmişdir.

*Yazar: Məqalə.Net

Şərhlər (0)
Şərh bildir