MyPassion
Bir kompüterlə 30 maşın oğurluğu
8 Avq. 2016, 17:16 \ Baxılıb: 935 dəfə \

Hyuston yerli polisinin verdiyi açıqlamada bildirilir ki, oğurluqla məşğul olan iki nəfər bir kompüterin köməyi ilə 30 avtomobil oğurlamağa nail ola biliblər. Texnologiya insanların həyatını nə qədər asanlaşdırırsa, bir o qədər də problemlər yaradır. Əvvəllər daha çox hər hansı alətlə edilən maşın oğurluğu indi yerini kompüterlərə verib.

ABC13-ün etdiyi açıqlamaya görə edilən oğurluq faktı iki nəfər tərəfindən həyata keçirilib və 30 ədəd Jeep və Dodge oğurlanıb.

Təhlükəsizlik kameralara düşən oğrular növbəti dəfə eyni işi həyata keçirərkən tutulublar. Təhlükəsizlik xidməti nümayəndələrinin ehtimalına görə oğrular dizüstü kompüterlərin köməyi ilə içində avtomobilləri aldadan açarların olduğu kod siyahısındakı məlumat bazasını istifadə edirmişlər. Məlumat bazasına daxil olan oğrular maşınların müxtəlif nöqtələrində olan maşın kimlik nömrəsini alıb, sonra buna uyğun saxta açarlar istehsal edirlərmiş. Avtomobil istehsalçıları hər nə qədər əmək sərf etsələr belə hətta ən məhşur elektrikli avtomobil istehsal edən Tesla şirkəti də hackerlərin hücumuna məruz qalır.

Şərhlər (0)
Şərh bildir