MyPassion
Bir telefonun istehsal qiyməti əslində nə qədərdir?
3 İyul 2016, 19:14 \ Baxılıb: 1009 dəfə \

Həyatımızı smartfonlarsız təsəvvür etmək artıq mümkünsüz bir hal alıb. Belə bir vəziyyətdə bir də illik trendə ayaq uyduran istifadəçilər aylıq gəlirlərinin xeyli hissəsini telefonlara xərcləyirlər. Xüsusilə Azərbaycanda kreditə telefon alan xeyli insan var. Amerika qiymətlərinə görə 400$-a yüksək səviyyəli bir ağıllı telefon əldə etmək olar. Lakin, nəzərə alsaq ki, Amerikada yaşayış səviyyəsi və əmək haqqı kifayət qədər yüksəkdir. Ölkəmizə nəzər salsaq bu vəziyyətin bir qədər fərqli olduğunu görə bilərik. Belə ki, yaşayış və əmək haqqı səviyyəsinin Amerika və Avropadan geri qalmasına baxmayaraq, azərbaycanlı istifadəçilər smartfon modellərinin istifadəsinə görə heç də Avropa və Amerikadan geri qalmır. Nəyin bahasına olursa olsun, iPhone almağa can atan istehlakçı 12 ay həmin telefonun kreditini ödəməklə məşğul olur. Bu sindrom yeni telefon çıxana qədər uzunmüddətli bir dövrdə davam edir. Amerika qiymətlərini qoyaq bir kənara, rəsmi rüsumlar və vergilər tətbiq edildikdən sonra telefonlar demək olar ki, Azərbaycanda od qiymətinə satılır. Belə bir vəziyyətdə məntiqi olaraq heç düşündünüzmü ki, mənim aldığım cihazın maya dəyəri nə qədərdir? Elə isə gəlin bir neçə məşhur olmuş modellərin və ortalama bir ağıllı telefonun istehsal xərclərinə nəzər salaq. İEEE məlumatlarına görə bir telefonun istehsalı üçün bizə aşağıdakılar lazımdır.


Kamera.
iPhone 5 - 16$
iPhone 5s - 17$
iPhone 6 -17$
Galaxy S4 - 19$
Galaxy S5 - 20$

Prosessor (CPU) seti.
iPhone 5 - 59$
iPhone 5s - 59$
iPhone 6 -57$
Galaxy S4 - 58$
Galaxy S5 - 47$

Ekran.
iPhone 5 - 31$
iPhone 5s - 36$
iPhone 6 - 40$
Galaxy S4 - 38$
Galaxy S5 - 46$

Test üçün xərclər.
iPhone 5 - 10$
iPhone 5s - 11$
iPhone 6 -12$
Galaxy S4 - 9$
Galaxy S5 - 10$

Yaddaş qurğuları.
iPhone 5 - 15$
iPhone 5s - 15$
iPhone 6 -12$
Galaxy S4 - 19$
galaxy S5 - 12$

Digər elektronik avadanlıqlar.
iPhone 5 - 49$
iPhone 5s - 50$
iPhone 6 -63$
Galaxy S4 - 42$
Galaxy S5 - 50$

Batareya.
iPhone 5 - 9$
iPhone 5s - 9$
iPhone 6 -10$
Galaxy S4 - 11$
galaxy S5 - 13$

Sensorlar.
iPhone 5 - 4$
iPhone 5s - 6$
iPhone 6 - 6$
Galaxy S4 - 4$
galaxy S5 - 6$

Toplam maya dəyəri.
iPhone 5 - 201$
iPhone 5s - 211$
iPhone 6 - 228$
Galaxy S4 - 214$
galaxy S5 - 215$

Technote

Şərhlər (0)
Şərh bildir