MyPassion
Biz bir çox şeyi idarə edə bilərik. Necə?
17 İyun 2016, 14:18 \ Baxılıb: 864 dəfə \

Xəstəliklərimiz bizim düşüncə və fikirlərimizin fiziki şəkildə biruzə verməsi nəticəsində yaranır . Ümumiyyətlə , bizim həyatımızda baş verənlər bizim fikirlərimizin , düşüncələrimizin nəticəsidir . Biz öz dünyamızı öz düşüncə və davranışlarımızla yaradırıq . Xəstəliklər isə həyatımızdakı harmoniyanin pozulmasıdır. Buzaman biz hadisələrə , insanlara , əşyalara xoşagəlməz , neqativ yanaşırıq və onlardan qurtulmaq istəyirik . Beləliklə də, bizdə xəstəliklərə səbəb olan düşüncə, duyğular və davranışlar yaranır . Xəstəliklərdən xilas olmaq üçün minimum 3 mərhələdən keçmək lazımdır:

1 . Ən əsas və vacib olan bu mərhələdə insan öz üzərinə cavabdehlik götürməlidi və hansı fikirləri ,hansı yanaşmaları ilə daşıdığı xəstəliyi özündə yaratdığını təyin edə bilməlidir . Bunun üçün öz daxilinizə baxın, daxilinizdəki dağıdıcı düşüncə, duyğu və davranışlarınızı tapın .

2 . Sizə əziyyət verən ziyanlı davranışlarınızı tapın . Daha sonra isə həmin davranışların sizin üçün hansı pozitiv tərəfinin olduğunu müəyyən etməyə çalışın . Çünki istənilən neqativ bir davranışın belə altında mütləq bir pozitiv niyyət vardır . Məsələn ,
- İnciklik duyğusunun altında yatan pozitiv niyyət özünə qarşı münasibəti dəyişdirmək istəyidir.
- Günahkarlıq duyğusunun pozitiv niyyəti öz davranışlarını dəyişmək istəyidir .
- Hirs və əsəbilik duyğusunun altında yatan pozitiv niyyət isə insanın onu əhatə edən ətraf dünyanı öz gözləntilərinə uyğun dəyişmək istəyidir.

Ümumiyyətlə insanlar neqativ anlayışlı düşüncələrə vərdiş ediblər . Əksər insanlar nəyi
istəmədiklərini çox yaxşı və dəqiq olaraq bilirlər, lakin eyni zamanda nəyi istədiklərini də bilmirlər .

3 . Siz pozitiv niyyətə fokuslandıqdan sonra isə onları həyata keçirmək üçün yeni davranışlar və yeni yollar tapmaq lazımdır. Bunun haqqında fikirləşin.
İnsan müəyyən bir davranış forması seçir. O davranış ona ağrı və qorxu gətirir və buna baxmayaraq yenə də onu istifadə etməyə davam edir , çünki o, bu davranışı nə üçün etdiyini bilmir. Eyni zamanda bunun yerinə nə ede biləcəyini də bilmir. Ancaq indi sizdə imkan yarandıkı siz şüuraltı davranış proqramınızı dəyişə bilərsiz. Bunun üçün onu araşdırmağınız lazımdır. Müəyyənləşdirinki sizə uşaqlıqdan hansı əsas qaydalar qoyulub ? Siz nələrə inanırsız və sizdə bu inanclar hardandı? Kiçik bir misal üzərində izah edək. Gəlin təsəvvür edək ki , usaq vaxtı sizə öyrədiblər ki , bütün qapılar bir istiqamətdə açılır , ancaq özünüzə tərəf. Siz qapının başqa tərəfə açıldığını bilmirsiz və bu haqda təsəvvünüz də yoxdur. Sizə bunu valideynləriniz və müəllimləriniz öyrədiblər. Siz də bunu belə qəbul edib öyrəşmisiz. Bir gün siz elə bir yerə düşürsüz ki , burada qapılar başqa istiqamətdə açılır . Sizə öyrədildiyindən fərqli şəkildə . Siz qapıya yaxılaşırsınız və özünüzə tərəf çəkirsiniz , amma açılmır . Ancaq sizin üçün qapını açıb o biri tərəfə keçmək çox vacibdir . Amma qapını aça bilmirsiz , çünki siz qapını açmaq üçün bir yol bilirsiz və həmin yol burda niyəsə işləmir . Siz hətta başqa üsul haqqında da düşünmürsüz . Çünki uşaqlıqdan sizə öyrədilibki , “ BÜTÜN QAPILAR ANCAQ ÖZÜNÜZƏ TƏRƏF ÇƏKMƏKLƏ AÇILIR” . Sizin sadəcə başqa bir seçiminiz yoxdur. Bu “öyrənilmiş çarəsizlik ” adlanır . Siz başqa bir yolu cəhd etməyənə qədər bu otaqdan çıxa bilməyəcəksiz. Beləliklə siz həyatınızdan şikayətləməyə başlayacaqsız . Bütün günahları özünüzdə və “ düzgün olmayan qapıda” görəcəksiz. Lakin unutmayın ki , çarəsizliyi öyrənmişiksə, deməlı çarəni də öyrənə bilərik. Yetər ki , bunu istəyək və cəhd edək. Əksər insanlar məhz belə davranırlar. Onların davranış modelləri çox məhduddur. Onlar hansısa inancları , qaydaları əsas tutub onları qəbul edir və inanırlar . Bununla kifayətlənməyib həmin inancları şüur və şüuraltında götür qoy edir , işlərində əsas tuturlar . Bir şeyi unutmamalıyıq ki , məhz bu düşüncə və duyğularla davranışlarımızı və nəticədə həyatımızı proqramlaşdırırıq. Sizə əzab verən düşüncələriniz varsa, bu zaman başqalarını və ya vəziyyəti günahlandırmaq lazım deyil. Siz düşüncələrinizi dəyişməklə daha gözəl nəticələr əldə edə bilərsiniz. Əgər sizin şəxsi həyatınızda problem baş veribsə və ya hansısa xəstəlik sizdə yaranıbsa, bu, sizin həyatınızda və düşüncələrinizdə durğunluğun yaranması haqqında bir siqnaldır . Mütləq düşüncələrinizi, davranışlarınızı dəyişmək və inkişaf etmək lazımdır. “ Sağalmaz xəstəlik ” adlandırılan xəstəliklərə tutulub sonradan düşüncələri və davranışlarının gücüylə bu xəstəliklərə qalib gələn insanlar haqqında yetərincə faktlar var . Buna görə də, pozitiv niyyətlərə fokuslanmaq və yeni pozitiv davranış üsulları tapmaq həmişə lazımdır. Nə qədərki yeni pozitiv düşüncə və davranışlarınız olarsa , bir o qədər də azad seçim edə biləcəksiz. Əgər yeni düşüncə və davranış modelləriniz əvvəlkilərdən yaxşıdırsa, bu zaman xəstəlikər də sizə daha lazım olmayacaq. Yeni düşüncə və davranış modelləri yaratmaq bacarığı sağlam və azad olmağın əsasıdır.

Həkim -pediatr , psixoterapevt
Salayev Samir

Şərhlər (0)
Şərh bildir