MyPassion
Bu evlər kiçik, amma möhtəşəmdir!
2 Okt. 2016, 12:45 \ Baxılıb: 2283 dəfə \

Məqalə.Net Teknolojioku-ya istinadən kiçik ev sevənlərə ilham olacaq 25 dizaynı paylaşır.

Hər nə qədər saray kimi böyük evlər insanın xəyallarını bəzəsə də, kiçik və şirin evlər bir çox cəhətdən daha üstündür. Böyük evlər həmişə daha yaxşı olmur. Kiçik evlər insanların hərəkətlərini asanlaşdırır, elektrik, su kimi ehtiyaclara qənaət edir və ən əsası ev işləri daha az olur.

Amma təbii ki, belə evlər zövqlərə və rənglərə görə dəyişir, insanların bəyəndiyi və seçdiyi ev modelləri fərqli-fərqli olur. Ancaq bu məqaləmizdə kiçik ev sevənlər üçün dünyanın dörd bir yanından qəribə və bir o qədər də gözəl kiçik ev modellərinin siyahısını təqdim edəcəyik. Kim bilir, bəlkə bir dənəsi sizə ilham oldu :).

Kiçik səyyah ev
Bu kiçik ev Rachel Ross tərəfindən 8 min dollar xərcində olan bir vəsaitdən inşa edilib. Nağıllardakı antikvar evlərə bənzəyən bu kiçik ev ilham gəlməsi üçün yazarın geri dönüşü məqsədilə istifadə edilmişdir.


Bu ev 45 ildir Serbiyada bir qayanın üzərində yerləşir.


Pittoresque Fafe Dağlarında olan Daş Evi dörd böyük qaya arasında inşa edilmiş bu köntöy ev bir üzmə hovuzu ilə təchiz edilmişdir.


Mimar Macy Miller bu daşınabilən evi özü üçün inşa etmişdi.


Steve Aree 9000 dollar büdcə ilə yorulmaq bilmədən çalışaraq 6 həftə sonra Taylandda özünə bu "yuxu evini" inşa etdi. Ev tamamilə təbii vəsaitlərdən hazırlanıb.


Memar Dymitr Malxew tərəfindən hazırlanan "Floating House" üzən bir evdir.


Memar Terunobu Fujimori tərəfindən hazırlanan bu fantaziyalı ev olan "Hokuto City" Yaponiyada yerləşir.


Fotoqrafçı Simon Dale Hobbit evinə meşədə bir torpaq almaq üçün 5000 $ xərclədi və bu evi tikmək üçün meşədə 4 ay vaxt keçirdi. Ev üçün dəmir-dümür taxta, divarlar üçün əhəng gips (sement yerinə), quru daş divarlar, bir kompost, güc üçün günəş panelləri istifadə etmiş bu ev tam bir ətraf dostudur.


Çöldən bir zibil yığını kimi görünsə də, içinə baxdığınız zaman nə qədər müasir olduğuna təəccüb edəcəksiniz.


Olduqca yenilikçi və davamlı bir alternativ olan bu ev ətrafa tikinti təsiri belə etmir.


Şərhlər (0)
Şərh bildir