Cərəyan şiddəti və sıxlığı. Elektrik hərəkət qüvvəsi.
29 May 2016, 15:08 \ Baxılıb: 5791 dəfə \

Fənn: Elektrotexnika

Məlum olduğu kimi elektrik cərəyanı yüklü zərrəciklərin istiqamətlənmiş hərəkətinə deyilir. Elektrik cərəyanı elektronların, müsbət və mənfi ionların nizamlı və istiqamətlənmiş hərəkətidir. Elektrik cərəyanının mövcud olması üçün aşağıdakı şərtlər ödənilməlidir:
1) Materiallarda elektrik cərəyanlarının yaranması və varlığı üçün yükü sərbəst zərrəciklərin mövcud olması zəruridir.
2) Yüklü zərrəciklərin nizamlı hərəkətinin yaranması və davam etməsi üçün onlara müəyyən istiqamətdə təsir edən qüvvələr mövcud olmalıdır.

Məlum olduğu kimi yüklü zərrəciklərə elektrik sahəsində F=q•e qüvvəsi təsir edir. Ona görə də naqilin daxilində yüklü zərrəciklərin nizamlı hərəkətlərin yaranması üçün mütləq elektrik sahəsinin mövcud olası üçün naqilin uclarında potensiallar fərqli olmalıdır. Onda, cərəyanın istiqaməti gərginliklərin hərəkətinin əksi hesab olunur. Daha dəqiq desək elektrik cərəyanının istiqaməti naqildəki elektrik sahəsinin intensivliyi istiqamətində olur [E]. Elektrikin aşağıdakı təsirləri var:
1) İstilik təsiri
2) Kimyəvi təsir
3) Maqnit təsiri

Məqalə.Net

Şərhlər (11)
Şərh bildir