MyPassion
Cızma-qara.. Parvin Mehtiyev
26 Mart 2017, 17:23 \ Baxılıb: 5431 dəfə \

Bu gün yenə zəng edib parçaladın qəlbimi,
Harda idin nə vaxtdır, harda it-bat olmusan?
Soruşursan, “səsimdən tanımadın sən məni?”
Soruşmursan, “ay yetim, necə mənsiz qalmısan?”

Nə sən soruş, nə də ki, mən danışım halımdan,
Necə olasıyam ki, boran kimi, qış kimi.
Gözlərimə baxanda, bilərsən əhvalımdan,
Bir qəfəsdə çırpınan, çarə gəzən quş kimi.

Eşitmisən buralar bu il yaman soyuqdur,
Səndən uzaq nə olsa, yenə qəlbim üşüyür.
Evimdə hər nə varsa, sevgidən nəsə yoxdur,
Burda körpə də yoxdur, yırğalana beşiyi.

Ürəyimin içində bir yara var, dərində,
Ağlamaqdan ölmüşəm, bütün gecəni səssiz.
Gecələri yatmıram, vurnuxuram yerimdə,
Sanki topu partlamış, bir uşağam, kimsəsiz.

Mən qocaman bir çinar, sənsə məni əyirsən,
Vallah əyən olmasa, çinar yerə əyilmir.
Nə isə, sözüm başqadır, demək belə deyirsən,
Tanımadım səsini, tanımadım deyilmi?

Mənim həyat mənbəyim yox nəfəsindən ayrı,
Ah, nə deyim, bilmirəm, başqa sözüm qalmadı.
Bu zəhrimar həyatda sənin səsindən ayrı,
Ruhumu ovsunlamış başqa bir səs olmadı.

Tanımadım düşündün, sındı qolum qanadım,
Ayağının səsindən tanıyıram mən səni,
Bir də “alo” deyəndə soruşma ki, “tanıdın?”
Verdiyin nəfəsindən tanıyıram mən səni.

(c) Parvin Mehtiyev

Bənzər məqalələr
Şərhlər (21)
  • MyPassion

    Tahir
    31 Okt. 2018, 10:15 - [cavab]

    Salam
  • MyPassion

    Cavid əsədov
    7 Sent 2018, 23:09 - [cavab]

    Ah qızlar ah qızlar biz nə hallara salırsınız
  • MyPassion

    Cavid əsədov
    7 Sent 2018, 23:09 - [cavab]

    Ah qızlar ah qızlar biz nə hallara salırsınız
  • MyPassion

    aytac
    30 Avq. 2018, 19:52 - [cavab]

    niye
  • MyPassion

    Zehra Nur
    22 Avq. 2018, 15:50 - [cavab]

    uzgunem
  • MyPassion

    aydan
    18 Avq. 2018, 18:30 - [cavab]

    salam
  • MyPassion

    Həsən
    18 Avq. 2018, 16:51 - [cavab]

    Çox mənalı sözlərdir
  • MyPassion

    Həsən
    18 Avq. 2018, 16:50 - [cavab]

    Salam
  • MyPassion

    Əsnad
    6 Avq. 2018, 13:53 - [cavab]

    Insanlar çox qeribedi doslar bezen heyat necede gozeldir desekde seher ele bir hadise bas vererki biz dunen bas veren bu gozelliyi unudariq bir anliq ele tesevvur ederikki sanki her gun bele bos menasiz ve caresiz kecir heqiqetende qeribe heyatdi
  • MyPassion

    Pinar
    6 Avq. 2018, 13:51 - [cavab]

    Necede gozel ülvi hissdi bu sevgi yalniz anlamasini bilene
  • MyPassion

    Don
    17 İyul 2018, 16:43 - [cavab]

    Cırllacuqa
  • MyPassion

    Fon
    12 İyul 2018, 17:45 - [cavab]

    Naqaracuqaa
  • MyPassion

    gunay
    20 İyun 2018, 21:30 - [cavab]

    he
  • MyPassion

    Ponçik
    20 İyun 2018, 20:42 - [cavab]

    Mənalı sözlərdi
  • MyPassion

    Ponçik
    20 İyun 2018, 20:42 - [cavab]

    Mənalıdı
  • MyPassion

    gunay
    26 Apr. 2018, 16:56 - [cavab]

    salam
  • MyPassion

    üzgün
    31 Mart 2018, 15:44 - [cavab]

    dünen gece ulduzlara seni anlatdım dinledikce bir daha parladılar .ayri yerlerde olduğumuzu söyledim ,səni dilemem üçün hamısı tek tek qayiıtdılar .seni isdedim sevgilim seni özledim sevgilim (((
  • MyPassion

    Sessizlik..
    29 Mart 2018, 01:36 - [cavab]

    sozderi ,gozeldi
  • MyPassion

    Rüfət
    25 Mart 2018, 18:29 - [cavab]

    Zuzu hansı sözlər burda hələ burda 3 adam yazıb
  • MyPassion

    Zuzu
    27 Yan. 2018, 06:25 - [cavab]

    Maraqlı sözlərdi

  • 1 2

Şərh bildir