MyPassion
Çox faydalı və yararlı məlumatlar (ümumi)
16 Sent 2016, 00:39 \ Baxılıb: 738 dəfə \

Məqalə.Net sizə bir çox zaman düzəltmək istədiyinizdə sizə lazım olan maraqlı üsulları yazır.

1) Aldığınız ayaqqabı ayağınızı sıxarsa, onu bir neçə dəqiqə buxara tutun. Nəticədə rahat oturacaq.
2) Xalçanızdakı yanıq izlərindən həmin izə najdak kağızını dairəvi şəkildə sürtərək yox edə bilərsiniz.
3) Mebellərin yerini dəyişdirdiyiniz zaman xalçalar üzərində müxtəlif izlər qalır. Bu izləri yox eləmək üçün izin üzərinə bir parça buz qoyun və əriməsini gözləyin. Daha sonra üstünə tozsovuranı gəzdirin. İzsən əsər-əlamət qalmadığını görəcəksiniz.
4) İç-içə keçirdiyiniz stəkanlar yapışıb qopmayırsa, onları bir ləyənin içinə qoyun. Üstdəki stəkanın içinə buz qoyub, ləyənin içərisinə yavaş-yavaş isti su tökün. Stəkanların asanlıqla ayrıldığını görəcəksiniz.
5) Ayaqlarınız çox qızıb şişirsə, onları saatlarca isti suda saxlamayın, əskinə, odekolon ilə ovuşdurun. Bilək və ayaqlarınız şişməyəcək.
6) Dirsək və topuqlarınızın sərtləşməsini istəmirsinizsə, onları bir dilim limon ilə ovuşdurun. Beləcə yumuşaq qalarlar.
7) Divarınıza mismar vurduğunuz zaman divara çarpaz bant yapışdırın. Mismarı bantın ortasından vurun. Bununla da divarın gipsini çartlatmayacaqsınız.
8) Unu qurdların basmağını istəmirsinizsə onun içinı bir ədəd dəfinə yarpağı qoyun.
9) Göbələklərin daha ləzzətli olması üçün bişirməzdən əvvəl üzərinə biraz duz və limon suyu səpin, 5 dəqiqə gözləyin, daha sonra bişirin.
10) Soğan və sarımsaq doğramaqdan əvvəl barmaqlarınıza limon suyu sürtsəniz, istəmədiyiniz qoxularışdan xilas olmuş olarsınız.

Şərhlər (0)
Şərh bildir