MyPassion
"DEADLiGHT" oyunu haqqında məlumatlar
19 İyun 2016, 18:33 \ Baxılıb: 1203 dəfə \

İstehsalçı : Tequila Works
Oyunun janrı : Aktiv , Survival
Oyunun çıxış tarixi : Xbox 360 üçün 1 avqust 2012 - ci il , PC üçün 25 oktyabr 2012 -ci il
Platforma : PC , Xbox 360

Üstünlüklər :

Yerlərin əla işlənmiş dizaynı, qorxu və çarəsizlik atmosferi , faciə

Çatışmazlıqlar:
Qısa süjet
Görünür ki , " dirilmiş ölülər " mövzusu o qədər məşhur olub ki , artıq xüsusi marağa səbəb olmur . Ancaq bu layihədə müəlliflər kifayət qədər işlənmiş mövzunu bir qədər fərqli rakursda göstərməyi bacarıblar .

------

Deadlight 2. 5D oyundur , personaj yalnız soldan-sağa və ya sağdan -sola hərəkət edə bilər . Oyunda baş verənlər alternativ reallıqda cərəyan edir . Sirli xəstəliyin epidemiyasından sonra bəşəriyyət bütün insani keyfiyyətləri itirmə həddindədir . Ölümdən sonra insanlar Kölgələr şəklində həyata qayıdırlar . Kölgələr də zombilər kimi sürü ilə gəzirlər, ləng, küt və insan bədəninə tamahkardırlar .

Budur , bizim qəhrəmanımıza belə bir dünyada sağ qalmaq lazım olacaq və biz onun itmiş ailəsini tapmalıyıq . Oyun aktiv janrdadır , buna görə də bizə müxtəlif akrobatik fəndləri icra etmək və tez -tez elə də mürəkkəb olmayan bilməcələri həll etmək lazım olacaq. Qəhrəman dağınıq şəhərin küçələrində qaçır , qapıları çiyiniylə vurub çıxardır , yenə qaçır , divarların çıxıntıları ilə dırmaşır , sonrakı səviyyəyə irəliləmək üçün yeşikləri çəkir və yenə qaçır. Zombi -Kölgələrin yeminə çevrilməmək üçün qəhrəman daim hərəkətdə olmağa məcburdur . Gələcəkdə arsenalında balta və odlu silah ( patronlar kəskin defisit olsa da ) olacaq , amma Kölgələrin son dərəcə aşağı IQ -ləri sayəsində bəzən onlarla döyüşməkdənsə qaçmaq daha sadə olacaq.

Rəssamların və dizaynerlərin işi ayrı tərifə layiqdir. Onlar atılmış və dağılmış bir şəhəri ətraflı yaratmağı bacarıblar. Səviyyələrin əla işlənmiş dizaynı , hər xırda detal – həqiqətən valehedici mənzərədir. Müəlliflərlərin belə səyləri nəticəsi olaraq oyun sona qədər qorxu və gərginlik atmosferində saxlayır .

Kifayət qədər qısa oyundur , amma ona sərf olunan vaxta dəyər . Məsləhət görürəm .

Şərhlər (1)
Şərh bildir