MyPassion
Dadlı ləzzət - Frambuaz
17 İyun 2016, 23:57 \ Baxılıb: 1097 dəfə \

Tərkibi (6 pay):
- 340 q tünd şokolad
- 100 q şəkər tozu
- 150 q təmiz (dənəsiz) moruq püresi
- 200 q kərə yağı
- 1 x.q. moruq likörü
- 5 yumurta
- qanaş, yaxud çalınmış qaymaq ("yapışqan" üçün)
- bəzək üçün təzə moruq


Sobanı 175 dərəcə qızdırın. Yarımkürə formasında olan qabın içinə qida plyonkası, yaxud folqa döşəyin.

Formanın yarısına su çıxacaq qədər böyüklükdə olan bir qazan götürüb su hamamı hazırlayın.

Başqa odadavamlı qabda xırdalanmış şokolad, şəkər tozu, otaq temperaturunda yağ, moruq püresi, 1 çimdik duzu qarışdırın. Su hamamı, yaxud mikrodalğalı sobada əridin.

Eynicinsli kütlə alınanadək qarışdırın. Likör və bir-bir yumurtaları əlavə edib hər yumurtadan sonra qaşıqla qarışdırın.

Bu qarışığı ələkdən keçirib yarımkürə formasındakı qaba tökün. Onu su hamamına qoyub 50-60 dəqiqə bişirin. Hazır desertin ortası çizkeyk kimi titrəyəcək.
Əvvəlcə otaq temperaturunadək soyudun, sonra isə soyuducuya qoyun.

Tam soyuduqdan sonra formanı boşqaba tərs çevirin. Üzərinə nazik qat çalınmış qaymaq, yaxud qanaş (şokolad+qaymaq) çəkin, moruqları yanaşı düzün.

Nuş olsun, Millinet əhli :)

Şərhlər (0)
Şərh bildir