MyPassion
Daha yaxşı fotoşəkillər çəkməyinizə kömək edəcək 7 ipucu
7 Avq. 2016, 11:42 \ Baxılıb: 864 dəfə \

Hamımız ağıllı telefona sahibik və ağıllı telefonlarımızda olan kameralardan hər zaman istifadə edirik. Çox vaxt kameralarımızı gözəl bir anı ölümsüzləşdirmək və ya sosial hesablarımızda paylaşımlar edə bilmə məqsədilə işlədirik. Bəs bunu doğru addımlarla edirikmi?

Foto çəkərkən çəkdiklərinizin daha yaxşı görünməsini təmin edəcək, fotoşəkillərinizin keyfiyyətini bir ustanın əl işi kimi artıracaq ipuçlarını sizlər üçün yazırıq.

Əgər bir obyektin şəklini çəkirsinizsə (məsələn: gözəl bir masa), o obyektin hamısını kadraja sığdırmaq məqsədilə fotoşəkili geridən çəkə bilərsiniz. Lakin, çəkdiyiniz bir şəkildəki bir insan olarsa, ona bir az daha yaxın çəkməniz məsləhət görülür. Beləcə, fotoşəkilini çəkdiyiniz adamın şəxsiyyəti ön plana çıxar.

Foto çəkiliş əsnasında diqqəti fotoşəkilin ana faktı üzərində toplamağa çalışın. Əgər fotoşəkilini çəkdiyiniz adamın arxasına fərqli duruşda olan birisini qoysanız, fotoşəkilə baxan kəslər birbaşa olaraq o adama diqqət yetirəcəkdir.

Qaranlıq bir mühitdə flaşdan istifadə etmək fotoşəkilin süni görünməsinə səbəb ola bilər, lakin, səhər saatlarında flaş istifadəsini seçmək daha yaxşı effekt verə bilər. Günəşin yaratdığı kölgələr səbəbilə kamera, fotoşəkilin ana elementini qaranlıq olaraq qəbul edə bilər. Belə bir vəziyyətlərdə flaş istifadəsi, otağınızdaki elementə təbii bir işıq effektini qatacaqdır.

Əgər gözəl bir çiçəyin gözəl bir fotoşəkilini çəkmək istəyirsinizsə, o çiçəyi əsla fotoşəkilin ortasına yerləşdirməyin. Fotoşəkilin yan tərəfində olan elementlər daha təbii görünürlər.


Yazdı: Məqalə.Net

Şərhlər (0)
Şərh bildir