MyPassion
Dejavu fenomeninin məğzini başa salan 10 nəzəriyyə
16 İyul 2016, 15:24 \ Baxılıb: 1270 dəfə \

Dejavu o qədər də xoş olmayan bir vəziyyətin adıdır. Həmin vəziyyətdə bizə elə gəlir ki, guya biz bu və ya digər vəziyyəti artıq nə vaxtsa yaşamışıq. Bir neçə saniyə ərzində biz əmin oluruq ki, bunların hamısı nə vaxtsa olub və biz öncəgörmə qabiliyyətinə sahib olduğumuzu düşünərək sonrakı saniyədə nələrin baş verəcəyini biləcəyimizi hiss edirik. Lakin sonra bu hisslər tez gəldiyi kimi tez də bitir. Və biz adi reallığa qayıdırıq. Bütün bunlara baxmayaraq dejavu vəziyyətinin səbəblərini elm hələki açıqlaya bilməyib. Bu vəziyyəti 40-a yaxın nəzəriyyə açıqlamağa səy göstərib. Biz həmin nəzəriyyələrdən ən maraqlı və düşünməyə məcbur edənlərini sizlər ilə bölüşürük.

1. Xatirələrin və hisslərin birləşməsi

İnsan yaddaşının kontekstdən asılılığını göstərən psixoloji eksperiment mövcuddur. İnsan hər-hansı bir məlumatı onu, həmin məlumatı tanıdığı mühitə saldıqda yaxşı xatırlayır. Ətraf mühitdə olan qıcıqlandırıcı faktorlar asanlıqla yaddaş partlamasına səbəb ola bilərlər. Müəyyən görüntü və ya qoxu bizim şüuraltımızdan bir vaxtlar gördüyümüz və yaxud eşitdiyimiz xatirələri ortaya çıxara bilər. Bununla yanaşı bu nəzəriyyə dejavu hadisəsinə xas hallar zamanı insanın bu ipuçlardan nəyə görə heç olmasa birini xatırlamamasını izah etmir.

2. İkili proses

Bu nəzəriyyəyə əsasən bəzi hallarda insan yaddaşı düzgün çalışmır və ya "ikinci kanal”-ı aktiv edir. Nəyinsə qavrayış prosesi gedirsə beyin daha öncədən məlumatı qısamüddətli yaddaşa yerləşdirir. Əgər biz məlumatı analiz etməyə davam etsək və onu yadımızda saxlasaq onda məlumat uzunmüddətli yaddaşa yerləşdiriləcək. Qısamüddətli yaddaşda olan məlumat isə bir müddətdən sonra silinəcək. Bu nəzəriyyəyə uyğun olaraq dejavu anında beyin yeni məlumatı qısamüddətli yaddaş yerinə uzunmüddətli yaddaşa kodlaşdırmağa çalışır. Beləliklə artıq daha öncə görülmüş hadisəni yenidən görmə illuziyası yaranır. Lakin bu nəzəriyyə beynin nəyə görə bunu hər dəfə etməməsini açıqlaya bilmir.

3. Paralel kainat nəzəriyyəsi

Dejavu fenomeni bizim milyonlarla versiyalarımızı öz şəxsi həyatımızla müxtəlif imkanları özündə birləşdirən milyonlarla digər kainatlarda yaşadığımız fikri ilə yaxşı uyğunlaşır. Bu nəzəriyyənin tərəfdaşlarının fikrincə daha əvvəl yaşanmış həyəcanverici hiss digər kainatla kəsişmə zamanı - yəni sizin digər kainatdakı əksinizin bu və ya digər hərəkəti sizinlə eyni anda yerinə yetirdiyi vaxt yaranır. Sözügedən nəzəriyyə çox maraqlı olsa da elmi cəhətdən qəbul olunmur.

4. Tanıyan yaddaş

Yaddaşın bu növü dərk edilmiş obyekt və ya hadisənin etalonlardan biri ilə yaddaşa həkk olunaraq eyniləşdirilməsi üzərində qurulub. O tanıma və xatırlama proseslərində qiymətləndirilir. Bu nəzəriyyəyə əsasən beyin nəyisə xatırlayır, lakin onu əlaqələndirə bilmir. Sözügedən nəzəriyyə bir müşahidə ilə sübut olunur. Deməli iştirakçılara məşhur şəxslərin adları olan siyahı və onların fotoları təqdim olunur. Fotolarda əks olunmuş bəzi insanların adları isə siyahıda qeyd olunmur. Lakin buna baxmayarq müşahidənin iştirakçıları tanıma hallarını sərgiləyirlər. Yəni başqa sözlə desək dejavu biz nəyisə xatırladığımız zaman baş verir. Lakin yaddaşımız o səviyyədə deyil ki, həmin hadisəni dəqiq şəkildə xatırlayaq.

5. Holoqramlar nəzəriyyəsi

Bu nəzəriyyəyə əsasən bizim yaddaşımız 3D formatlı görüntülər şəklində yaranır. Onun bir elementi sayəsində xatirələrin bütün strukturunu qurmaq olar. Məhz buna görə bir qıcıqlandırıcı faktor (qoxu, dad) bütöv xatirələri yada sala bilər. Yəni dejavu hadisəsi beynin holoqramı yenidən bərpa etməsi cəhdidir. Lakin niyə nəticə etibarı ilə xatırlama prosesi getmir? Məsələ burasındadır ki, holoqramların yaranmasına səbəb olan stimullar çox zaman bizim şüur qavrayışımızdan gizli olaraq qalırlar. Məsələn biz əlimizdə hansısa əşyanı tutaraq dejavu yaşayırıq və həmin dejavu bizə digər bir əşyanı xatırladır. Lakin həmin xatirəni beyin qavraya bilmir.

6. Görücü yuxular

Görücü yuxulara başqa cür prekoqnitiv dessonans da deyirlər. Bu hər hansısa bir fərdin elə bir vəziyyətidir ki, həmin vəziyyət zamanı onun şüur və ya şüuraltındakı gələcəyin bir-birinə zidd bilikləri, gələcəyə dair əqidələri toqquşurlar. Nəticədə fərddə psixoloji diskomfort yaranır. Bu nəzəriyyə o halda düz olar ki, biz daha əvvəl yuxuda gördüyümüz hansısa hadisəni realda yaşayaq. Məsələn siz müəyyən yolda avtomobil ilə getdiyinizi yuxuda görürsünüz. Sonra həmin yolu real həyatda getdiyiniz zaman dejavu yaşayırsınız.

7. Ayrılmış diqqət və ya öz-özünə xatırlama

Bu nəzəriyyəyə əsasən bizim şüuraltımız bir sıra əlamətlər sayəsində müəyyən obyektləri qəbul edir amma şüurumuz onu qəbul etməkdən imtina edir. Sözügedən nəzəriyyə əsasında aparılmış təcrübə zamanı tələbələrə müəyyən məkanların fotolarını göstərərək onlardan tanış olanları seçmələri tələb olunub. Bəzi fotolardakı məkanlarda tələbələr ümumiyyətlə olmamışdılar. Bununla yanaşı fotolar sürətli şəkildə göstərilirdi ki, şüur onları qeyd edə bilməsin. Görüntülər yalnız şüuraltı qeyd olunurdu. Nəticə etibarı ilə tələbələr əslində onlara yad olan məkanları tanış kimi seçmişdilər. Bir söznən şüuraltı tələbələrə pis zarafat edib. Yəni bu nəzəriyyə dejavunu şüuraltının göndərdiyi bir mesaj kimi qəbul edir.

8. Amiqdala

Amiqdala insan beyninin ən sirli bölgələrindən biridir. Bu bölgə insan emosiyalarının (qorxu, qəzəb və s.) yaranmasına cavabdehdir. Məsələn əgər siz hörümçəklərdən qorxursunuzsa deməli beyninizin məhz amiqdala bölgəsi həşərata qarşı göstərdiyiniz reaksiyanın səbəbkarıdır. Bəzi hallarda beynin bu bölgəsi beyni yanılda bilər. Məsələn ağacın aşması nəticəsində həyəcan yaşamaq. Dejavu anında amiqdala bölgəsi beynin iş prinsipinin pozulmasına səbəb ola bilər. Təsəvvür edək ki,  biz daha əvvəl yaşadığımız bir anı yenidən yaşayırıq. Lakin şərait tamamilə fərqlidir. Beləliklə buna reaksiya verməklə amiqdala bölgəsi beyin stressi əmələ gətirir.

9. Reinkarnasiya

Əslində bir çox hallar baş verib hansılarda ki, beyin guya keçmiş həyatdan olan xatirələri şəxsin yadına salaraq özünü qəribə aparıb. Reinkarnasiyaya inananlar düşünürlər ki, biz şüurun vəziyyətini əks etdirən müəyyən düzəlişlərin olduğu yeni həyat dövrünə daxil oluruq. Bununla belə şüur ilə eyni səviyyədə yaranmış xatirələr yeni dövrdə digər səviyyədə canlandırıla bilmirlər. Bir söznən dejavu matrisanın xətası kimi qəbul edilərək keçmiş həyatdan siqnalı əks etdirir.

10. Qarabasma nəzəriyyəsi

Bu nəzəriyyə bəlkə də ən qəribəsi və bir o qədər də ən maraqlısıdır. Albert Eynşteyn vaxtı ikən söyləmişdi ki, zaman kimi ikinci bir şey yoxdur. O həyatı qaydasına salmaq üçün insanlar tərəfindən düşünülüb. Nəzəriyyəyə uyğun olaraq dejavu insana reallıqdakı müəyyən edilmiş nizam-intizamdan dincəlməyə imkan verən xətadır. Əgər Eynşteyn-in nəzəriyyəsi doğrudursa deməli biz eyni anda həm keçmişi, həm indiki zamanı həmdə gələcəyi yaşayırıq. Yəni dejavu sadəcə olaraq şüurun yüksək səviyyəsində baş verən bir andır və bu anda biz müəyyən zaman kəsiyinin bir təcrübəsini yaşayırıq. Təbii ki, bütün bunları sübut etmək hələki qeyri-mümkündür.


Technote

Şərhlər (0)
Şərh bildir