MyPassion
Dəri məsamələrini daraldan maskalar
22 İyun 2016, 18:14 \ Baxılıb: 1013 dəfə \

Sizə dəridə geniş məsamələri daha görünməz etmək üçün çox effektli maskaları təqdim edirik.
Bu maskalar dərini daha hamar edir və rəngini yaxşılaşdırır.
Maskaları etməzdən əvvəl dərinizi skrabla yaxşı təmizləyin ki, məsamələr təmiz olsun. Daha sonra bu maskalardan istifadə edə bilərsiniz:

1. Ağ gili ilıq su ilə qarışdırın (sıyıq kimi alınmalıdır) və dəriyə qalın qatla çəkin. Maska qurumağa başlayanda ona su çiləmək lazımdır. Maskanı 15-20 dəqiqə saxlayın.

2. 3-4 çiyələk əzilir, çalınmış yumurta ağı və 1 çay qaşığı limon şirəsi ilə qarışdırılır. Maskanı 20 dəqiqə saxlayın.

3. 2 x.q. yulaf yarmasının (gerkules) üzərinə bir qədər qaynar su tökün, soyudun, 1 pomidorun ətini əlavə edin, yaxşı əzin. Maskanı dəriyə çəkin, 20 dəqiqədən sonra yuyun.
Kosmetik proseduraların arasında məsamələri daraltmaq üçün darsonval, ultrasəs, mikrodermabraziya, lazer pilingi kimi proseduralar istifadə olunur.



Mənbə: Evdarliq.Az

Şərhlər (0)
Şərh bildir