MyPassion
Diatomlar nədir?
18 İyun 2016, 12:24 \ Baxılıb: 1361 dəfə \

İnsanlar da daxil olmaqla, quruda yaşayan canlılar həyatlarını bir mənada diatomlara borcludurlar.

Tənəffüs edərkən qəbul etdiyimiz oksigenin böyük hissəsini diatomlar fotosintezlə hasil edirlər. Diatomların üzərində çoxlu sayda dəlik var. Bu dəliklər qidaların içəriyə daxil olub qazlar mübadiləsi etməsinə İmkan verir. Diatomlar oksigen hasil edən mikro fabrik kimi işləyirlər. Trilyonlarla diatom qazlar mübadiləsi nəticəsində öz ehtiyaclarından da artıq oksigen hasil edərək atmosferdəki oksigenin miqdarını tənzimləyirlər.
Diatomlar suda həll olmuş silikonu qiymətli daş olan opala bənzəyən silisium oksidinə çevirərək qabıq əmələ gətirirlər. Üstəlik, bütün diatomlar eyni məmulatdan istifadə edərək eyni xüsusiyyətdə, ancaq bir-birindən tamamilə fərqli görünüşdə qüsursuz qabıqlar əmələ gətirirlər. Diatomların bu mükəmməl memarlıq qabiliyyəti və saysız-hesabsız müxtəliflik, əlbəttə, Allah`ın bənzərsiz sənətinin bir təcəllisidir.

Mənbə: Elmimövzular.Com

Şərhlər (0)
Şərh bildir