MyPassion
Dünya üzrə Adsense-dən ən çox qazanan şəxslər
30 İyun 2016, 11:26 \ Baxılıb: 1079 dəfə \

Bütün Dünya üzrə Adsense-dən Ən Çox Qazanan Top 10 İnternet Sahibkarları

Adsense qazancdan danışmazdan öncə, gəlin görək Google Adsense proqramı necə işləyir:


Dünyanın ən mənfəətli reklam proqramı olan Adsense həm reklam verən tərəf, həm də reklamı yerləşdirən tərəf (sayt sahibləri, yəni sizlər) üçün çox gəlirlidir. Bu proqrama qoşulmaq pulsuzdur. Qeydiyyatdan keçən kimi sizə təqdim olunan reklam banner kodlarını öz saytınızda yerləşdirərək onlayn biznesinizə başlaya bilərsiniz. Saytınızın hər səhifəsində 3 ədəddən artıq Google reklam banneri yerləşdirmək qadağandır. Vebsaytınıza gələn ziyarətçi hər dəfə o bannerlərə tıqlayanda (klikləyəndə) siz Google-un həmin reklamdan qazandığı ümumi gəlirinin sizə düşən payını qazanacaqsınız. Mövzu və digər faktorlardan asılı olaraq, hər klik sizə bir neçə sentdən bir neçə dollara qədər qazanc gətirə bilər. İnternetdən pul qazanmağın müxtəlif yolları olsa da, Adsense qazanc bütün dünyada hal-hazırda da ən gəlirli passiv internet biznes hesab olunur.
Adsense ilə pul qazanmaq heç də xəyal deyil. Əgər vebsaytınıza internet ziyarətçilərini necə cəlb etməyi bilirsinizsə və adsense üçün saytınızı düzgün optimizasiya edərsinizsə, o zaman aylıq Adsense qazancınız minlərlə dollara çata bilər. Bu gəlirli proqramla hətta milyonlarla dollar qazananlar var. İnanmırsınız? Elə isə bu məqaləni oxumağa davam edin. Onu oxuduqdan sonra özünüz də təəccüblənəcəksiniz ki, internet və kompüter vasitəsilə Adsense reklam proqramından bu qədər ağlasığmaz məbləğ qazanmaq mümkündür.

Dünya üzrə Adsense-dən Ən Çox Qazanan Top 10 İnternet Sahibkar:
1. Pit Kaşmor (Pete Cashmore)



Pit Kaşmor məşhur Mashable bloqunun təsisçisi və Baş İcraşı Direktorudur. O, aylıq Adsense qazancına görə bu siyahıda ən birinci yerdədir. Bu resurs texnologiya və sosial media üzrə dünyaşöhrətli saytlardan biridir. Belə ki, Mashable öz reytinqinə görə top 10 populyar texnologiya bloqları sırasındadır.

Vebsayt: http://mashable.com
Yaradılma Tarixi: 2005-ci il
Alexa Rank: 268
Gündəlik Ziyarətçi Sayı: 3,800,000 unikal ziyarətçi və 29,210,000 baxış sayı
Aylıq Adsense Gəliri: $2,000,000

2. Markus Frind


Bu sahibkar isə dünyanın ən böyük tanışlıq saytı yaratması ilə internet marketinq tarixinə düşüb. Sözü gedən sayt www.plentyoffish.com (http://www.pof.com ) (POF) adlanır. Bu onlayn resurs top 10 siyahıda aylıq gəlirinə görə ikinci yerə layiq görülmüşdür.
Vebsayt: http://www.pof.com
Yaradılma Tarixi: 2002-ci il
Alexa Rank: 562
Gündəlik Ziyarətçi Sayı: 3,300,000 unikal ziyarətçi və 26,100,000 baxış sayı
Aylıq Adsense Gəliri: $1,000,000

3. Kortni Rozen (Courtney Rosen)


Bu internet sahibkar Ehow.com resursunun yaradıcısıdır. Bu vebsayt çoxlu sayda təlimat xarakterli məqalə və 170, 000 videodan ibarət zəngin bir resursdur.
Vebsayt: http://www.ehow.com
Yaradılma Tarixi: 1999-cu il
Alexa Rank: 805
Gündəlik Ziyarətçi Sayı: 4,770,000 unikal ziyarətçi və 38,210,000 baxış sayı
Aylıq Adsense Gəliri: $500,000

4. Şon Hoqan (Shawn Hogan)


Şon Hoqan Digital Point Solutions-un yaradıcısı və baş icraçı direktorudur. 1999-cu ildə yaradılmış https://forums.digitalpoint.com resursu dünyanda ən məşhur texnologiya forumlarından biridir.
Vebsayt: https://digitalpoint.com
Yaradılma Tarixi: 2000-ci il
Alexa Rank: 4,647
Gündəlik Ziyarətçi Sayı: 3,200,000 unikal ziyarətçi və 3,200,000 baxış sayı
Aylıq Adsense Gəliri: $400,000

5. Kevin Rouz (Kevin Rose)


Kevin Rouz internet sahibkar və eyni zamanda, teleaparıcıdır. O, Digg xəbər saytının təsisçisi və Revision3 , Pownce , and Milk bizneslərinin həmyaradıcılarından biridir.
Vebsayt: http://digg.com
Yaradılma Tarixi: 2000-ci il
Alexa Rank: 921
Gündəlik Ziyarətçi Sayı: 1,900,000 unikal ziyarətçi və 15,200,000 baxış sayı
Aylıq Adsense Gəliri: $300,000

6. Maykl Arrinqton (Micheal Arrington)


Maykl TechCrunch -ın yaradıcısı və həmredaktorlarından biridir. Bu məşhur xəbər saytı NASDAQ-100 siyahısına daxil olan şirkətlər barədə yazılar dərc edir.
Vebsayt: http://techcrunch.com
Yaradılma Tarixi: 2011-ci il
Alexa Rank: 457
Gündəlik Ziyarətçi Sayı: 2,100,000 unikal ziyarətçi və 13,100,000 baxış sayı
Aylıq Adsense Gəliri: $150,000

7. Cek Herik (Jack Herrick)

Bu Amerikalı sahibkarın adı ilə wikiHow,
eHow, Luminescent Technologies və BigTray kimi bir sıra onlayn biznes və şirkətlər bağlıdır.
Cek 2005-ci ilin yanvarında “hər şeyə dair praktik təlimat” yaratmaq ideyası ilə
http://www.wikihow.com saytını işə salır və bu onlayn resurs olduqca faydalı olduğundan çox qısa zamanda veb ziyarətçilərin rəğbətini qazanır.
Vebsayt: http://www.wikihow.com
Yaradılma Tarixi: 2005-ci il
Alexa Rank: 191
Ziyarətçi Sayı: 15,200,000 gündəlik baxış sayı və 1,000,000 aylıq unikal ziyarətçi
Aylıq Adsense Gəliri: $250,000

8. Kevin P. Ryan


Amerikalı internet sahibkar Kevin P. Ryan Gilt Groupe, Business Insider, DoubleClick and MongoDB kimi bir neçə uğurlu biznesə imza atmışdır.
Qeyd edək ki, cəmi 20 nəfər işçi ilə təsis etdiyi DoubleClick şirkətini genişlədərək işçi heyətinin sayını 1500 nəfərə çatdırmışdır. Adı çəkilən bu biznes 2005-ci ildə 1,1 milyard dollara Hellman and Friedman LL – ə satılmışdır. Daha sonra isə 2008-ci ildə Google DoubleClick-i 3,1 milyard dollara əldə etmişdir.
Kevin bu top 10 siyahida biznes və texnologiya üzrə xəbər saytı olan Businessinsider.com onlayn resursundan qazandığı Adsense gəlirinə görə yer alıb.
Vebsayt: http://www.businessinsider.com
Yaradılma Tarixi: 2009-cu il
Alexa Rank: 196
Gündəlik Ziyarətçi Sayı: 9,200,000 baxış sayı
Aylıq Adsense Gəliri: $200,000

9. Perez Hilton


Amerikalı bloqqer, jurnalist və televiziya nümayəndəsi olan Perez Hiltonun yaratdığı eyniadlı PerezHilton.com bloqu məşhurlar barədə dərc etdiyi xəbərlər və məlumatlara görə dünya şöhrəti qazanmış bir vebsaytdır.
Vebsayt: http://perezhilton.com
Yaradılma Tarixi: 2005-ci il
Alexa Rank: 2,162
Gündəlik Ziyarətçi Sayı: 1,110,000 unikal ziyarətçi və 8,210,000 baxış sayı
Aylıq Adsense Gəliri: $150,000

10. Ceremi Şumeyker (Jeremy Schoemaker)


Ceremi Şumeyker veb-sahibkar,
NextPimp.com və ShoeMoney Media – nın təsisçisidir. O, SEO (Axtarış üzrə Optimallaşdırma) və Partnyor (Affiliate) Marketinqi üzrə konfrans və seminarlarda iştirak edən peşəkar orator və həmçinin, AuctionAds xidmətinin həmtəsisçilərindən biridir.
Məşhur saytı Shoemoney.com – dan qazandığı aylıq Adsense gəlirinə görə bu sahibkar top 10 siyahıda 10-cu yerdədir.
Vebsayt: http://www.shoemoney.com/
Yaradılma Tarixi: 2003-cü il
Alexa Rank: 52,710
Gündəlik Ziyarətçi Sayı: 70 000 unikal ziyarətçi və 410,000 baxış sayı
Aylıq Adsense Gəliri: $100,000

Nəticə:
Bu statistikanı oxuduqdan sonra, inanırıq ki, Adsense vasitəsilə nəinki pul qazanmağın, hətta varlanmağın mümkün olduğuna bir daha əmin oldunuz. Bunun sadəcə, bir yolu var: mütəmadi olaraq unikal kontent (məqalələr və s.) yaratmaq və adsense qaydalarını pozmadan saytınıza internet trafik cəlb etmək.

Şərhlər (2)
Şərh bildir