MyPassion
Dünyada ilk dəfə sürücüsüz yük maşını ilə pivə daşındı..
29 Okt. 2016, 14:39 \ Baxılıb: 1092 dəfə \

ABŞ-ın “Anheuser-Busch” pivə şirkəti dünyada pilotsuz yük maşını vasitəsilə kommersiya məqsədilə pivənin lazımi ünvana daşındığını açıqlayıb.

İKT.lent.az-ın şirkətin saytına istinadən verdiyi məlumata görə, layihə avtomatik idarəetmə üzrə ixtisaslaşmış “Otto” şirkəti ilə birlikdə həyata keçirilib.
Pilotsuz yük avtomobili 120 mil (193 km-dən çox) məsafə qət edib və Kolorado ştatının Fort-Kollins şəhərindən Kolorado-Sprinqs şəhərinə 50 min ədəd “Budweiser” pivəsi daşıyıb. Daşınma zamanı sürücü yük maşınında olub və prosesi müşahidə edib.

“Anheuser-Busch” yeni texnologiyalardan geniş istifadə etməyi planlaşdırır.

Şərhlər (0)
Şərh bildir