MyPassion
Dünyanın ən münasib qiymətli smartfonu bu həftə satışa çıxacaq
27 İyun 2016, 20:20 \ Baxılıb: 731 dəfə \

Dünyanın ən sərfəli qiymətə (4 dollar dəyərində) sahib olan mobil telefonun satışları bu ayın 30-da Hindistan-da start götürəcək. Cihaz orta səviyyədə texniki göstəricilərə sahibdir və varlı olmayan insanlar üçün nəzərdə tutulub. Ringing Bell şirkəti tərəfindən istehsal edilmiş Freedom 251 smartfonu 4 inç ekran, 1.3 GHz tezlikli 4 nüvəli prosessor, 1 GB-lıq RAM, 8 GB-lıq daxili yaddaş və 1800 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Smartfon həmçinin 8 MP-lik arxa və 3.2 MP-lik ön kameraya sahibdir. Freedom 251 Android 5.1 əməliyyat sistemi üzərində çalışır və 3G şəbəkəsini dəstəkləyir. Anons olunduğu gündən bəri belə ucuz qiymət hamını şüphələndirirdi. Şirkət qeyd edib ki, satılmış hər cihaza görə 3 dollar itirəcək. Buna baxmayaraq şirkət kasıb hindistanlıları şəbəkə əlaqəsi və internetlə təmin etməyə görə bu cür addımı atmağa hazırdır. İstehsalçı əmindir ki, istehsal tirajının artımından sonra cihaz gəlirli olacaq. Freedom 251-i ön sifariş əsasında əldə etmək mümkündür. Qeyd edək ki, cihaz və onun əməliyyat sistemi Hindistanda hazırlanıb.

Şərhlər (0)
Şərh bildir