MyPassion
Dünyanın qəribə qanunları
7 İyul 2016, 13:51 \ Baxılıb: 1044 dəfə \

Məqalə.Net sizə dünyanın ən qəribə qanunlarından çox hissəsini yazır:

Böcəklərdə daxil olmaqla heç bir canlının öldürülməsinə icazə verilməyən ABŞ-ın ARKANZAS ştatında ərin arvadı ayda bir dəfə döyməsinə normal baxılır. Amma həyat yoldaşını ayda bir dəfədən artıq döymək qadağandır. Arkanzas ştatının Littl-Rok şəhərində sərinləşdirici içkilər və buterbrod satılan yerlərdə siqnaq vermək qadağandır.

HOLLİVUDDA isə şəhərin küçələrində sayı 2000-dən çox olan qoyunu otarmaq qadağandır.

KALİFORNİYANIN Sakit okean sahillərində kəpənəklərin narahat edilməsinə icazə verilmir. Maraqlı qanunlardan biri də vannada portağal yeməyin qadağan olunmasıdır.

Daha sonra Kaliforniya ştatının SAN-FRANSİSKO şəhərində isə fillə marketdə gəzmək qadağandır.

ABŞ-ın OHAYO ştatında polislər itləri xəbərdarlıq məqsədilə dişləyə bilərlər. Ohaya ştatının Klivlend şəhərində ovçuluq sənəti olmayanların sıçan tutması qadağandır.

PENSİLVANİYADA hamamda mahnı oxumaq, qapısı açıq olan soyuducunun qanağında yatmaq, OKLAHOMADA ayaqqabı ilə yatmaq, NYU-CERSİDƏ şorbanı hörtüldədə-hörtüldədə içmək qəti qadağandır.

İNDİANADA vətəndaşların başqasının dalınca danışmağına, bərbərlərin uşağların qulağını kəsmələrinə icazə verilmir. Meymunlarla siqaret çəkmək, adamlara isə teatra getməzdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.

ALYASKA ştatında da maraqlı qadağalar var. Bu ştatda təyyarədən maralların şəklini çəkmək olmaz. Hərəkətdə olan təyyarədən aşağı maral atmaq, marala spirtli içki içirtmək qadağandır.

ATLANTADA zürafəni telefon köşkünə bağlayanlar qanunla cəzalandırılır. KALİFORNİYADA parka velosiped sürmək qadağandır.

FLORİDADA bazar günü paraşütlə tullanan subay xanımları həbs cəzası gözləyir. Floridanın Pensakola şəhərində cibində 10 dollardan az olan adam evdən bayra çıxmamalıdır.

CORCİA ştatının Quitman şəhərində toyuqlara küçəni keçməyə icazə verilmir.

OKLAHOMADA hamburger yeyəndə geriyə addımlamaq qadağandır.

ARİZONADA eşşeklərin vannada yuxuya getməsi qadağandır. Həm də bu ştatda dəvə ovu rəsmən qadağan edilib (nəzərə alın ki, dəvə yoxdur).

KONNEKTİKUT ştatının Hartford şəhərində küçəni ayaq yox, əllərin üstündə keçmək qadağandır.


Sonuncu bənd həqiqətən qəribədi. Güya əllə yeriyən olur ? )))
Məqalə.Net

Şərhlər (0)
Şərh bildir