MyPassion
Dünya"nın yeni peyki kəşf olundu-VİDEO
27 İyun 2016, 16:46 \ Baxılıb: 729 dəfə \

NASA tərəfindən aparılan araşdırmalar nəticəsində Dünya"mızın ətrafında 100 ildən çoxdur ki, dövr edən yarı peyk kəşf olundu.

Bu kəşfdən sonra Dünya'nın tək kosmik dostunun Ay olmadığı və bir varisinin olduğu da açıqlandı. 2016 HO3 adlı asteroid tərəfindən kəşf edildiyini və bunun Dünya"nın yarı peyki olduğu NASA tərəfindən açıqlandı. İlk kəşf 27 Aprel'də Hawaii'də olan Pan- STARRS 1 araşdırma teleskopunu istifadə edən elm adamları tərəfindən reallaşdırılıb. 27 Aprel'dən sonra, ciddi şəkildə bu mövzunu araşdıran NASA yarı peykin adını isə, ilk kəşfdən bu yana elm adamları tərəfindən qeydə alınan asteroidin adı ilə, yəni 2016 HO3 şəklində adlandırıb. Araşdırmalar nəticəsində bəzi məlumatlar əldə edən NASA, yeni peykin 38 - 120 metr həcmində olduğunu təxmin edir.
Dünya'nın ətrafında rəqs ritmi şəklində hərəkət edən yeni peyk, ildə bir dəfə dövr edir. Dünya üçün heç bir təhlükəsi olmayan 2016 HO3, təxminən 100 ildən çoxdur ki, Dünya"nın və Günəş`in ətrafında dövr edir.

Şərhlər (0)
Şərh bildir