MyPassion
Duzlu suyun möcüzəsi!
11 Dek. 2016, 17:42 \ Baxılıb: 5189 dəfə \

Xüsusilə qışda meydana gələn boğaz quruluğu müalicəsində, limonlu çay, bitki çayları kimi üsullar istifadə edilir. Ancaq duzlu su ilə qarqaranın təsiri hamıya məlum deyil.
Qışda quru havalarda və davamlı kondisionerli mühitdə olan insanlarda boğaz quruluğuna tez-tez rast gəlindiyini deyən mütəxəssislər bir çox halda cökə, səhləb, limonlu çay kimi isti mayelər və qarqara ilə birlikdə yaxşılaşma təmin olunduğunu söyləyirlər.
Boğaz quruluğunun bundan əlavə, allergiyalara, siqaretə, kifayət qədər su içməməyə, tənəffüs yolu infeksiyalarına bağlı olaraq inkişaf edir. Bir həftədən artıq davam edən hallarda həkim nəzarətinin şərt olduğu bildirilib.
Qarqara isə, boğazda qan axınını nizamlayır, bakteriya və viruslarla mübarizə aparır və sağalma prosesini sürətləndirir.
Bu səbəbdən də duzlu su ilə qarqara əla seçimdir. Lakin qarqara suyunu udmaq olmaz.
Bundan əlavə, bir stəkan su ilə qarışdırılacaq bir limon suyu və bir qaşıq bal da boğazınızı sakitləşdirəcək.

Mənbə: Deyerler.org

Şərhlər (0)
Şərh bildir