MyPassion
Ekranım qırıldı, fayllarımı necə köçürə bilərəm?
1 Sent 2016, 20:05 \ Baxılıb: 879 dəfə \

Təəssüf ki, ağıllı telefonların ekranları həssas olduğundan daha tez çartlamağa, sınmağa məruz qalır. Əgər bu daha əvvəl sizin başınıza gəlməyibsə, olduqca şanslısınız, çünki, bu bir çox insanın başına gəlir. Bəs başınıza gələrsə nə olacaq? Bu zaman ekranınız sınarsa və kompüterdən istifadə etmək istəsəniz müxtəlif həll üsulları təklif edirik.



Ekranım sındı amma hələ də işləyir, fayllarımı necə köçürüm?

Əgər ekranda o məşhur hörümçək toru şəklində bir çartlaq meydana gəlibsə və hələ də ekranınız işləyirdə əslində çox da ümidsiz vəziyyətdə deyilsiniz. Sadəcə faylları köçürmək üçün USB kabeldən istifadə edə bilərsiniz. Tək edəcəyiniz USB kabelini cihazınıza və kompüterinizin USB girişinə qoşmaqdır.

Ekranım işləmir, faylları necə köçürəcəm?

Əgər ekranınız işləməsə, bir VNC proqramına ehtiyacınız olacaq. Hal-hazırda Google Play Store-da çox sayda VNC proqramı var. Siz də bunlardan pulsuz və etibarlı olan birini rahatlıqla seçə bilərsiniz. Bu proqramlar Android cihazın interfeysini kompüterinizə əks etdirir, beləcə, kompüter vasitəsilə məlumatlarınızı idarə edə bilərsiniz.

Bu fürsətdən faydalanmaq üçün proqramı həm kompüterinizə, həm də Android cihazınıza yükləmək lazımdır. Pullu olan proqramlar bu əməliyyatın xaricində fərqli funksiyalarada sahibdir. Lakin, yalnız məlumatların ötürülməsi üçün pulsuz olanlar kifayət edir.

Hələ də fayllarınızı köçürə bilmədinizsə

VNC ilə faylları köçürmək olmursa, artıq geriyə tək bir seçim qalır, o da cihazı təmir etdirmək. Bu mövzuda isə diqqət yetirəcəyiniz an budur: telefonunuzu təmir edən şəxs fayl və məlumatlarınızı asanlıqla ələ keçirə bilər. Məhz bu səbəbdən böyük markaların xidmətlərinə güvənmək daha faydalı olar. Bəlkə də xərciniz nisbətən çox çıxacaq, lakin, əsas məlumatlarınız daha etibarlı olacaq.


* Məqalə.Net-ə istinadən.

Şərhlər (0)
Şərh bildir