Məqalə.Net — Milli Məqalə Portalı
22.02.2017 Saat: 03:57
#Maraqlı #Faydalı #Texnologiya #Elm və Təhsil #Mətbəx #Oyunlar #Musiqilər #Yumor #Şeirlər #Uşaq dünyası #Hekayələr #Tariximiz #Şəkillər #Tibb sahəsi #Proqramlar #Videolar

Şeirlər » Əliağa Vahiddən sevgi haqqında ən gözəl 10 qəzəl



Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və digər ədiblərin qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. Biz də bu gün sizə görkəmli qəzəlxanımızdan 10 bir-birindən gözəl qəzəl təqdim edirik. Oxuyun, zövq alın.

1. Dəlidir

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.

Eşq zincirinin iftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.

Sarılır çiğninə gah qoynuna, gah qamətinə
Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutur
Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.

Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir

Əl götürməz bu qara gözlülərin zülfündən
Hər yetən zənn eləyir Vahidi guya dəlidir.

2. Gözəldir

Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün – elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.

3. Bəs nə deyim?

Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

4. Dindir məni hərdən, gözəlim.

Dindir məni hərdən, gözəlim, fürsət olanda,
Vəslin bizə bir an, nə olar, qismət olanda?

Bax, gör, məni zülfün ne perişanliğa saldı
Bir gün açaram dərdimi cəmiyyət olanda.

Yüzlərlə cəfa etsən, unutmaz seni könlüm
Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda

Biganə əgər olmasa, tez vəslə yetərdik
Kim xeyr görüb düşməni kəmfürsət olanda?

Zülfün ki, tutub ruyini, çox qorxuram ondan
Aləm toxunar bir-birinə zülmət olanda

Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun
Bülbül dayanarmı gülünə həsrət olanda?

Vahid,hələ qarşında böyük bir gələcək var
Dünya bizə ləzzət verəcək cənnət olanda!



5. Nə dedin bəs? 

Məndən, könül , o nazlı nigarə nə dedin bəs?
Çəkdin o güləndamı kenarə,nə dedin bəs?

Əvvəl bunu bildim ki,dedin aşiqin öldü
Ondan sora ol şuxə dübarə nə dedin bəs?

Mən məst yıxıldım o dilaramı gorəntək,
Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?

Meydənmi qızarmışdı onun arizi-ali,
Ziynət vərən ol baği-baharə nə dedin bəs?

Mən xəsteyi-eşq olduğumu sordumu səndən,
Göstərdimi bimarinə çarə,nə dedin bəs?

Dami-qəmi-hicranə nəhayət verəcəkmi,
Bu barədə ol laləuzarə nə dedin bəs?

Dərdindən ölən Vahidi heç bir soruşurmu,
Ol bikəsi kim qoydu məzarə, nə dedin bəs?


6. Yalvarma 

Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə e’tibar ona, bi’etibarə, yalvarma!

Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!

Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!

Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!

Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!

Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Ənəlhəqq” üstə çəkilsən də darə yalvarma!

Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!

7. Olsa

Ölməzdim əgər sən kimi bir dilbərim olsa,
Bir afəti-çan, şuxi-mələkmənzərim olsa.

Hər gun dolanıb başına qurbanin olardım,
Pərvanəsifət ucmağa balüərim olsa.

Mən də sevilərdim bütün aşiqlər icində,
Ahuləri Məçnun eləyən gözlərim olsa.

Kuyində mənə qoy nə bilir eyləsin əğyar,
Əlbəttə, cəzasın çəkər ALLAH kərim olsa.

Biganəyə mən bir belə minnətmi edərdim,
Könlüm kimi bir yari-vəfapərvərim olsa.

Vahid demərəm dərdimi mən başqa nigarə,
Yarım bilir eşgində nə dərdi-sərim olsa.

8. Olmasa da

Yanında dilbərimin etibarım olmasa da,
Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.

Bədəndə yarı canım qalmayıb, gedib yarım ,
Gərək dözəm qəmi – hicranə, yarım olmasa da.

Günüm ki, tar olub o zülf əlindən, ey tari,
Tərənnüm eylə, səni tari, tarım olmasa da.

Üzün xəyali bəsimdir behişti – kuyində,
Yüz il xəyalıma gəlməz, baharım olmasa da.

Ləbinlə məst gözün hər düşəndə xatirimə,
Şərabə rəğbətim artır, xumarım olmasa da.

Mənim bir ahim ilə şəmlər yanır gecələr,
Toxunma, şöleyi – eşqəm, şərarım olmasa da.

Kəməndi – zülfilə, Vahid, özüm şikar oldum,
Mənim o ahu baxışlı şikarım olmasa da.

9. Gözlərinə

İcazə ver, baxım ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim , aşikarə gözlərinə.

Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə gözlərinə.

Camalın açma, gülüm, qorxuram görüb üzünü,
Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.

Olaydı qismət öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə.

Kəməndi – ah ilə səyyadlar dalınca düşər,
Bu naz ilə əgər etsən işarə gözlərinə.

Gözüm götürməyir əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .

Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə

10. Olacaq

Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq,
Aşikar eyləməyincə ürəyim qan olacaq?

Nə qədər gül üzünün həsrətin aşiq çəksin,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?

Bəs haçan rəhm edəcək bülbülü – biçarəyə gül
Nə qədər bəs o fəğirin işi əfğan olacaq?

Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?

Öz xoşumla o qarə zülfə əsir oldum özüm,
Bilmədim, xatirim eşqində pərişan olacaq.

Sən götürt məscidi zahid , bizə meyxanəni ver,
Kim bu işdə görək axırda peşiman olacaq?

Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.

Mənbə: Pahoo.az

loading...

Baxılıb: 1889 dəfə.
Yazıldığı vaxt: 30 May 2016, 19:01

Şərhlər (5)

Günel yazıb: Mence sevgi yoxdur ...çooox gozel statuslardi teşekkürler..... (12 Fev. 2017, 16:42)

Fikret yazıb: Allah rehmet elesin wairimizi (11 Fev. 2017, 19:20)

heyat yazıb: mence sevgi yoxdur ama yenede gozel statuslardi tesekkurler (17 Yan. 2017, 14:35)

tayisa yazıb: cox maraqlidi (27 Noy 2016, 10:30)

Elməddin 055-571-67-69 yazıb: Eladi amma sevgi menlik deyil bawqa qemli statuslar olsaydi goturerdim (10 Okt. 2016, 05:18)




Həmçinin bax


Mənə Baxdın (qəzəl) Mənə Baxdın (qəzəl)
Ey sevgili yar, nazlı baxışla mənə baxdın, Sandım ki, səni qismət edibdir mənə baxtım. Yoxdur diləyim həmdəmim olmaq, nə üçün, yar? Ulduz kimi birdən-birə sən ruhuma axdın. Mən vəslə ümid eylədim, amma nə edim ki, Alt-üst edib ümidimi, şimşək kimi çaxd...
Sevgi Dəmidir (qəzəl) Sevgi Dəmidir (qəzəl)
- Yatma, gülzarə ətir saç, bu nə röya dəmidir? - Bülbül ahəstə gülə söylədi: -Sevda dəmidir. Gül dedi: - Eşqə düşənlər belə dalğın görünər, Aşiqəm, indi mənimçin də bu xülya dəmidir. Bülbülün qəlbi coşub s&ou...
Güllər içində (QƏZƏL) Güllər içində (QƏZƏL)
Gördüm o gözəl çöhrəni al tüllər içində, Sandım ki, qızıl gül görürəm güllər içində. Sünbüllərin ətri xoş olur bağda, çəməndə, Yox saçlarının bənzəri sünbüllər içində, İllər dolanır, h&...
Buludlar (şeir) Buludlar (şeir)
Ey lacivərd göylərin əbədi yolcuları, Mirvari zəncir kimi üfüqlər aşarsınız. Sizdəmi mənim kimi doğma, əziz vətəndən Qovuldunuz, onunçun cənuba qoşarsınız? Kimdir qovan sizləri, talemi, ya qərarmı? Və ya gizli bir həsrət, açıq bir qərəzmi var? Yoxsa bu geniş g&ou...
Ən yeni statuslar (mənalı) Ən yeni statuslar (mənalı)
Məqalə.Net sizin üçün yeni və ilk olan statuslar yazıb, onları təqdim edir: Dünya mənim deyil. Cəhənnəm olsun. Əməllərimi vermərəm amma! *** Qarşılıqsız sevgi: suyun suya toxunduqda onların islanmaması kimi bir şeydi. *** Məndən səbəbsiz ayrılmaq sənin istəyin deyil, nəf...
Yeni statuslar Yeni statuslar
Get desəm inanma  Ürəyimdə qalmağın üçün dualar edilir. Yenə mi canımız sağolsun? Eyni zarafata təkrar gülmürüksə Eyni insana təkrar ağlamamalıyıq Bu qədər asan ölünən bu dünyada heç bir şeyi gecikdirmə Sənin atmağa cəsarə...
Sevilənlər seviləcək.. Sevilənlər seviləcək..
Bu millətə neçə-neçə kitab verdim, dürlü kitab, O yazılan kitablara bu millətdən gəldi cavab. Əlli ildir ürəklərin şeirindəsən, sözündəsən, Bulaq kimi göz açmısan, bulaqların gözündəsən.  Səni sevir ilham ilə vəsf etdiy...
Bəxtiyar Vahabzadə - "VAXT" Bəxtiyar Vahabzadə - "VAXT"
Uşaqlığım, Gәncliyim, ahıllığım —еynimi?! Yоx, hәr biri başqadır, bir-birinә yad kimi Gәlәn qоvur gеdәni. Inkar еdir mәn, mәni… Ömrün hәr pillәsindә başqalaşır tәbimiz, Dünyada mәqsәdimiz, dünyadan tәlәbimiz. Vaxt mәni pәrvanәtәk başına dоlandırır, Dünәn ...
Whatsapp üçün mənalı və maraqlı statuslar Whatsapp üçün mənalı və maraqlı statuslar
Peşman deyiləm sadəcə dönüb arxaya baxanda görürəm ki, kim varkən kimi seçdim. Kimin üçün kimlərdən keçdim... getsəm canım yanacaq, qalsam həyatım, çıxılmaz vəziyyətdəyəm... səndən deyil, öz bəxtimdən küskünəm... [ads] ...
Şeir nədir? Şeir nədir?
Şeir - sözünün lüğəti mənası bilik, bilmə, başa düşmə, dərketmə, anlama, duyma duyğu, hiss, hiss etmə deməkdir. Terminoloji mənası– vəznli və qafiyəli, söz poeziya, vəznli və qafiyəli, mənaca incə xəyallar və təsəvvürlər daşıyan söz.Şərq ədəbiyyatınd...

←Geri qayıt


Reklam


Təsadüfi məqalələr

Günəbaxan tumu ilə alma piroqu resepti Günəbaxan tumu ilə alma piroqu resepti
21 Sent 2016, 23:04
Mesajları oxuyub cavab vermək istəməyənlər üçün "Oxunmadı" funksiyasını aktiv etmək üsulları Mesajları oxuyub cavab vermək istəməyənlər üçün "Oxunmadı" funksiyasını aktiv etmək üsulları
10 Okt. 2016, 10:50
Bunları siz də bilmək istəyərdiniz - Maraqlı suallar və cavabları Bunları siz də bilmək istəyərdiniz - Maraqlı suallar və cavabları
24 İyun 2016, 01:02
Bu tətbiq vasitəsilə internet olmadan belə YouTube izləmək mümkün olacaq Bu tətbiq vasitəsilə internet olmadan belə YouTube izləmək mümkün olacaq
27 Sent 2016, 20:08
Evdə Mayonezi özünüz hazırlayın-asan resept Evdə Mayonezi özünüz hazırlayın-asan resept
7 Avq. 2016, 00:30
Ətlə ayran birlikdə qəbul edilə bilərmi? Ətlə ayran birlikdə qəbul edilə bilərmi?
23 Okt. 2016, 16:10
Yeni şəffaf televizor görənləri təəccübləndirdi VIDEO Yeni şəffaf televizor görənləri təəccübləndirdi VIDEO
11 Okt. 2016, 11:38
"Dişlənmiş alma (apple)"-dan yeniliklər "Dişlənmiş alma (apple)"-dan yeniliklər
17 İyun 2016, 17:26
Elon Musk gəncliyində 1 dollarla yaşayırdı Elon Musk gəncliyində 1 dollarla yaşayırdı
8 Avq. 2016, 17:26
Dünyanın ilk su altı fotoqraf robotu Dünyanın ilk su altı fotoqraf robotu
27 Avq. 2016, 12:10
Abşeron Yarımadasının Füsunkar Fotoları Abşeron Yarımadasının Füsunkar Fotoları
8 İyun 2016, 16:53
İnsanda inkişafın qarşısını alan 7 təhlükəli vəziyyətlər İnsanda inkişafın qarşısını alan 7 təhlükəli vəziyyətlər
1 İyun 2016, 13:26
Əsl bal ilə saxta balı necə fərqləndirmək lazımdır? Əsl bal ilə saxta balı necə fərqləndirmək lazımdır?
26 İyun 2016, 18:45
Mobil internet istifadəçilərinin sayına görə dünya ölkələri siyahısı Mobil internet istifadəçilərinin sayına görə dünya ölkələri siyahısı
22 Sent 2016, 17:01
"Youtube"un təqdim etdiyi yeni möhtəşəm məkan "Youtube"un təqdim etdiyi yeni möhtəşəm məkan
20 Avq. 2016, 12:01
C.Qarsiadan 50 motivasiya məsləhəti C.Qarsiadan 50 motivasiya məsləhəti
18 İyun 2016, 12:23
Ürək hüceyrələrindən CANLI ROBOT hazırlandı Ürək hüceyrələrindən CANLI ROBOT hazırlandı
9 İyul 2016, 16:39
Əslində, toxunduğumuzu sandığımız heçnəyə toxunmurmuşuq Əslində, toxunduğumuzu sandığımız heçnəyə toxunmurmuşuq
5 Sent 2016, 15:27
Mixəyin bilinməyən 8 qızıl faydası Mixəyin bilinməyən 8 qızıl faydası
21 Okt. 2016, 15:03
Hansı daha faydalıdır: meyvələr yoxsa tərəvəzlər? Yeni araşdırma.. Hansı daha faydalıdır: meyvələr yoxsa tərəvəzlər? Yeni araşdırma..
26 Okt. 2016, 18:43

Kateqoriyalardan

Maraqlı

Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti (19 Fev. 2017, 21:36)
Dünya üzərində insan istehsalı olan obyektlərin ümumi çəkisi nə qədərdir? (10 Dek. 2016, 14:13)
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi... (10 Dek. 2016, 00:36)
İŞİD-in saytına daxil olan fransa vətəndaşı problemlə üzləşib (3 Dek. 2016, 14:21)
Instagram-ın ən çox bəyənilən şəxsi sizcə kimdir? (2 Dek. 2016, 23:05)
iPhone 7 aldı və cihazda naməlum şəxsin fotolarını tapdı (19 Noy 2016, 18:14)
Selfi ilə bağlı ölümlər ən çox harda baş verir nə qədər insan həyatını itirir? (STATİSTİKA) (18 Noy 2016, 12:01)
Faydalı

Bu əşyaların son istifadə tarixini bilirsiniz? (19 Fev. 2017, 21:45)
Android cihazlar üçün 5 qızıl məsləhət (3 Yan. 2017, 01:27)
Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və.. (23 Dek. 2016, 02:02)
Duzlu suyun möcüzəsi! (11 Dek. 2016, 17:42)
Gözləri işıqlandırmaq və göz zəifliyinin qarşısını almaq üçün bu məşqi edin (5 Dek. 2016, 23:29)
Yarım saat soyuq havada gəzsəniz... SUPER FAYDALARI (4 Dek. 2016, 13:35)
Beyini aktivləşdirmək və qocalmaqdan qorumaq üçün hər gün 1 stəkan bunu için... (2 Dek. 2016, 17:37)
Texnologiya

Androidə rəqib olacaqdı, amma qrupu dağıtdılar. (4 Fev. 2017, 12:02)
iPhoneda yeni mesajı gizləmə xüsusiyyəti VIDEO (14 Dek. 2016, 21:10)
Artıq telefonunuzu bir toxunuşla şarj edə biləcəksiniz (VİDEO) (13 Dek. 2016, 23:13)
Modemləri zombiyə çevirən zərərli proqram bütün dünyanın internetini kəsəcək gücdədir (12 Dek. 2016, 18:56)
10900 mAh batareyalı ağıllı telefon! (30 Noy 2016, 22:12)
Fransada uçan taksilər istifadə olunacaq! (27 Noy 2016, 19:38)
"Google" gedəcəyiniz yerin nə qədər dolu olduğunu deyə bilir (22 Noy 2016, 22:47)
Elm və Təhsil

NASA yüksək radiasiya yayan yeni qalaktika kəşf etdi! (1 Yan. 2017, 11:08)
Sutkada 25 saat nə zaman olacaq? (9 Dek. 2016, 16:14)
Alimlər mal ətinin əvəzləyicisini tapıblar! (21 Noy 2016, 18:13)
Qadınların yaddaşı kişilərdən daha güclüdür (11 Noy 2016, 20:19)
Alkoqolizmin dərmanı kəşf olundu! (9 Noy 2016, 14:33)
Delfinlər haqqında inanılmaz və maraqlı yeni fakt ortaya çıxıb! (4 Noy 2016, 17:46)
Sol və Sağ beyin birlikdə çalışarsa nə olar? (31 Okt. 2016, 09:06)
Mətbəx

Sevgilinizə bu yeməkləri bişirin - RESEPT (13 Fev. 2017, 22:26)
10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR (13 Noy 2016, 18:12)
Göbələkli blinçik necə hazırlanır? (1 Noy 2016, 01:31)
Şokoladlı gavalı mürəbbəsi (23 Okt. 2016, 14:29)
Ətlə lavaş piroqu (23 Okt. 2016, 14:25)
Zebra naxışlı keks resepti (21 Okt. 2016, 15:50)
Bulqur şorbası resepti (21 Okt. 2016, 15:29)
Oyunlar

GTA V-də kimsəsiz evin yaxınlığında kəşf edilən ürküdücü sirr ortaya çıxarıldı! (1 Noy 2016, 21:04)
Hacker olmaq üçün super oyun: Hackers (23 Sent 2016, 11:42)
Forza Horizon 3 nəhayət tamamlandı! (31 Avq. 2016, 12:08)
2016-cı ilin ən yaxşı oyunları açıqlandı (29 Avq. 2016, 00:39)
WWE Immortals oyunu yüklə (26 Avq. 2016, 17:27)
Cross fire (27 İyun 2016, 18:21)
Zombie Objective (21 İyun 2016, 16:26)
Musiqilər

Mursel - Melek 2016 (5 İyun 2016, 16:49)
Vasif Azimov - Cani Yanar 2015(ft Deniz) (30 May 2016, 20:51)
Yumor

Ronaldonu belə görməmisiniz! - GÜLÜŞ VAXTI (10 İyul 2016, 19:00)
Nisbilik nəzəriyyəsi - QISA VƏ YUMORİSTKİK İZAH (3 İyul 2016, 13:30)
Yalnız qadınlar anlayacaq :) - YUMOR (20 İyun 2016, 00:01)
Məşhurlar və atlar (18 İyun 2016, 00:40)
Qeybətcil arvadların proqnozu)) (5 İyun 2016, 20:42)
Xanım Tapmadığı üçün Məzuniyyət Gecəsinə Pişiklə Gələn Oğlan (28 May 2016, 14:36)
Şeirlər

Mənə Baxdın (qəzəl) (20 Noy 2016, 12:40)
Sevgi Dəmidir (qəzəl) (20 Noy 2016, 12:21)
Güllər içində (QƏZƏL) (13 Noy 2016, 11:06)
Buludlar (şeir) (25 Okt. 2016, 16:44)
Ən yeni statuslar (mənalı) (19 Sent 2016, 23:54)
Yeni statuslar (19 Sent 2016, 10:39)
Sevilənlər seviləcək.. (16 Sent 2016, 18:37)
Uşaq dünyası

Uşaqların təhsilə münasibətində valideynin rolu (14 Okt. 2016, 23:54)
Körpələrin diş çıxarma əlamətləri (27 Sent 2016, 20:22)
İştahasız uşaqlar üçün faydalı məsləhətlər (26 Sent 2016, 18:29)
Uşağınız qaranlıqdan qorxursa (13 Avq. 2016, 22:55)
Hər gördüyünü istəyən uşaqla necə davranaq? (1 İyul 2016, 00:36)
Uşağa necə "yox" deyək? (28 İyun 2016, 22:45)
Körpə 1 aylığında (22 İyun 2016, 18:09)
Hekayələr

Xoşbəxt pişik (16 Okt. 2016, 11:49)
Nabokovun Sərnişin hekayəsi (26 Sent 2016, 13:58)
Bir işin dəlisi olmaq.. (3 İyul 2016, 14:39)
Eynşteyn və sürücüsü (3 İyul 2016, 13:23)
"Axmaq" şagird - HEKAYƏ (2 İyul 2016, 19:54)
Üç sual-Lev Tolstoy (1 İyul 2016, 00:51)
Kim yaradırsa, oda yaddaşlarda qalır, Nazim Hikmət kimi! (19 İyun 2016, 15:58)
Tariximiz

Azərbaycanlı ANALARIN yaraşığı - Kəlağayı - TARİXİMİZ (19 İyun 2016, 22:03)
Milli təfəkkür tərzimiz olan xalça (17 İyun 2016, 19:17)
Azərbaycan tarı (17 İyun 2016, 18:50)
Tarixdə Şah İsmayıl anasını öldürübmü? (1 İyun 2016, 16:27)
Mübariz İbrahimov (30 May 2016, 00:47)
Azərbaycanın Milli Qəhrəmanları (30 May 2016, 00:39)
Sara Xatun (29 May 2016, 13:55)
Şəkillər

Bu fotolar ən yaxşı ordu fotoları seçildi (26 Okt. 2016, 19:08)
Instagramın "Ən qəribə" fotoqrafçısı (24 Okt. 2016, 19:13)
Sosial şəbəkələr futbol klubu olsa idi formaları necə olardı? (22 Okt. 2016, 21:40)
Yaponların hazırladıqları qeyri-adi çətirlərə baxın (16 Okt. 2016, 12:06)
Cizgi film qəhrəmanlarının real həyatda şəkilləri (28 Sent 2016, 19:19)
Qəlb isidən SSRİ həyatının təsvir edən Natürmort rəsmlər (3 Sent 2016, 23:20)
Dırnaq boyası ilə çəkilmiş əsrarəngiz şəkillər (30 Avq. 2016, 19:01)
Tibb sahəsi

Baş ağrısının 7 qeyri-adi səbəbləri (19 Dek. 2016, 18:52)
Bədənimizdə yaşayan bakterilər bizi xərçəngdən qoruyur.. (11 Noy 2016, 12:20)
Xərçəng xəstəliyinin sağalmama səbəbi müəyyən edildi (8 Noy 2016, 23:49)
Bu göbələklər qaraciyər çatışmazlığına səbəb olur XƏBƏRDARLIQ (5 Noy 2016, 13:36)
İnsan xasiyyətinin onun sağlamlığına qoyduğu təsirlər! (24 Okt. 2016, 12:59)
Artıq çəki beyninizi zəiflədir! (19 Okt. 2016, 17:49)
Dişlərin müalicəsi üçün yeni üsul tapıldı (17 Okt. 2016, 19:26)
Proqramlar

"Necə və hansı proqramla?" dediyimiz 6 suala cavab (3 Yan. 2017, 01:37)
Adobe Photoshop Fix: Android üçün təqdim olundu! (4 Noy 2016, 23:17)
Artıq Whatsapp-da VİDEOZƏNG-lər belə edə biləcəksiniz! (yüklə) (27 Okt. 2016, 15:53)
Play Store-da tapa bilməyəcəyiniz ən yaxşı APKlar (19 Okt. 2016, 18:34)
Android cihazı ilə edə biləcəyiniz 3 maraqlı şey (16 Okt. 2016, 21:34)
Facebookda hesabı necə silirlər? (15 Okt. 2016, 22:25)
Kompüterlər üçün nəhayət Instagram istifadəyə verildi (14 Okt. 2016, 20:09)
Videolar

iPhone 7-nin timsahın dişlərinə qurban verərək dözümlülüyünü yoxladı (VİDEO) (25 Dek. 2016, 13:44)
2016-cı ilin ən maraqlı hadisələrini 2 dəqiqəlik videoda əks etdirdilər (17 Dek. 2016, 23:02)
Nüvə bombasının partlamasının fəsadları (VİDEO) (10 Noy 2016, 16:35)
Qolları olmayan qız hər işi görür, inanılmaz bacarıqlarına baxın VIDEO (3 Noy 2016, 21:08)
Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib (Video) (2 Noy 2016, 15:22)
Adrenalin sevənlərə VİDEO (17 Sent 2016, 23:44)
30 il bundan əvvəl kosmonavtlar kosmosda necə əylənirdilər? VİDEO (7 Sent 2016, 22:29)

Bizi Facebookla izlə!

Ana səhifə
Saytda axtar
Haqqımızda
Bizimlə əlaqə
Joshgunpro.com
Reklam ver
Saytın xəritəsi
Meqale.Net — 2016 ©
* Materiallardan istifadə zamanı istinad mütləqdir!
ILK-10 Azeri Website Directory