SpaceX və Tesla-nın CEO-su Elon Musk, hal-hazırda təxmini olaraq 12.8 milyard dollarıq bir maddi varlığa sahibdir. İlk şirkəti olan Zip2-ni 28 yaşında satıb milyoner olmazdan əvvəl isə, Musk gündə 1 dollar ilə yaşamağa çalışırdı. Yaşadıqlarını StarTalk radiosunda məşhur astrofizikaçı Neil de Grasse Tyson-a danışan Musk, uğurlu bir startapçı, uğurlu bir lider ola bilmək üçün, hotdog və portağal ilə illər keçirtdiyini vurğulayıb. Düzdür bəlkə də kasıblıq səviyyəsinin üstündə bir menyudur, ancaq yenə də bu günki şərtlərə baxdıqda, arada böyük bir fərq var.
Musk, Ontario-dakı Queens Universitetinə ilk başladığı illərdə, insanlığın müqəddaratını, internet, enerji artımını və kosmos kəşflərinin dəyişdirə biləcəyini düşünürdü. Digər tələbələr işi fikirləşərkən, onun dünyanı dəyişdirə biləcəyini deyən Tyson-a, özünün də bunu düşündüyünü və planının hər zaman Amerika-ya getmək olduğunu bildirir.
"Amerika-da canlı qala bilmək çox asandır. Bu səbəblə yaşamaq üçün ehtiyacım olanları da ən aşağı səviyyədə tutdum. Ucuz bir evdə, kompüterimlə, aclıqdan ölmədən yaşayaraq çox şeyi bacara biləcəyimi kəşf etdim" deyir. Aylıq 30 dollarlıq bir büdcə ilə yaşaya biləcəyini düşünüb, bu düşüncəni bacardıqdan sonra özünü istədiklərini əldə etmək barədə daha azad hiss edir. Bunun nəticəsində qazandığı puldan özü üçün minimum xərcləyir və geridə qalan pulu, xəyallarına çatmaq üçün xərcləyirdi. O gün edə bilmədiklərini, bugün artıqlaması ilə edir.
Mükəmməl bir ilham qaynağıdır, elə deyil?
Mənbə: technote.az