MyPassion
Elon Musk ilk Mars uçuşu tarixini açıqladı
17 İyun 2016, 22:34 \ Baxılıb: 740 dəfə \

SpaceX şirkətinin rəhbəri Elon Musk bildirib ki, şirkət Mars planetinə ilk uçuşu 2024-cü il üçün planlaşdırır. Əgər hər şey plan üzrə getsə astronavtlar artıq 2025-ci ildə planetə çatacaqlar. SpaceX-in test uçuşları isə 2018-ci ilə nəzərdə tutulub. Həmin uçuşlar zamanı Mars-a Red Dragon adlı pilotsuz aparat göndəriləcək. Bu ilin sentyabr ayında Elon Musk SpaceX-in uzunmüddətli kosmik proqramı haqqında daha ətraflı məlumatlar verəcək. Təbii ki, bu kosmik proqrama Mars planetinin kolonizasiyası məsələsi də daxildir. NASA-ya gəldikdə isə onlar Mars-a ilk uçuşu 2030-cu ildə planlaşdırırlar. NASA-nın planında SLS raket daşıyıcılı Orion adlı kosmik gəmi durur. Məhz həmin kosmik gəminin sayəsində NASA astronavtları ilk dəfə Mars-a ayaq basacaqlar.

Şərhlər (0)
Şərh bildir