MyPassion
Ən təhlükəli virusa qarşı vaksin hazırlanıb!
24 Sent 2016, 22:49 \ Baxılıb: 859 dəfə \

Pittsburq Universiteti (ABŞ) alimləri Zika virusuna qarşı vaksin hazırlayıblar. Vaksin, meymunlar üzərində test olunub və çox yaxşı nəticələr verib.

Məqalə.Net MedicalXpress saytına istinadən bildirir ki, vaksin 18 meymundan 17-nə lazım olan təsir edib.
Alimlərin sözlərinə görə, yaxın zamanlarda vaksin insanların üzərində də test olunacaq. Alimlər ümid edirlər ki, vaksin insanlar üçün təhlükəsizdir və onları qorxulu virusdan qoruyacaq.

Zika virusu ağcaqanadlar vasitəsilə yayılır və çox ciddi fəsadlara səbəb olur. Zika virusu xüsusilə hamilə qadınlar üçün təhlükəlidir. Hamiləlik zamanı qadın orqanizminə düşən Zika virusu beyinin çox ciddi patologiyası olan mikrosefaliyaya səbəb olur.

Şərhlər (0)
Şərh bildir