MyPassion
Ən uzun ömürlü onurğalı: Qrenlandiya köməkbalığı, 400 ildən çox yaşaya bilir
15 Avq. 2016, 23:25 \ Baxılıb: 875 dəfə \

Qrenlandiya köpəkbalıqları 400 ildən çox yaşaya bilirlər

Elm insanları, sirli Qrenlandiya köpəkbalığının təxminən 400 il həyat sürməyə malik olduğunu kəşf etdilər. Yəni, bu günə qədər bilinən 211 il yaşayan ən yaşlı onurğalı Qrenlandiya balinasından (qütb balinası) 2 qat daha çox yaşaya bilirlər.

28 dişi Qrenlandiya köpəkbalığı arasında edilən analizlər ən yaşlı cinsin ən az 272 və hətta 512 yaşında belə ola biləcəyini göstərir. Elm insanları səhvən araşdırma tankına tutulan balığın 390 yaşında ola biləcəyini təxmin edir.

Edilən araşdırmalar Qrenlandiya köpəybalıqlarının təxminən 2 qat daha uzun müddət ərzində həyatda qala bildiyini və bu araşdırmalar sayəsində insanda yaşlanmanı geçikdirmə kimi kəşflər tapa biləcəyini deyirlər.

Bu sirli ətyeyən köpəkbalığı Arktik dənizinin dərinliklərində gəzişir. Qrenlandiya köpəkbalıqları 5 metrdən daha çox böyüyə bilirlər. Yavaş-yavaş soyuq buzlaq dənizinin dərinliklərinə doğru üzür, böyük balıqlar və ya dəniz məməlilərini ovlamaq üçün səthə yaxınlaşa bilir.

Hər zaman köpəkbalıqlarının uzun müddət yaşaya bilməsi şübhə edilirdi, çünki, çox böyükdürlər və böyümə sürətləri çox yavaşdır, hansı ki, ildə 1 sm.! (santimetr). Lakin, bu nəhənglər araşdırılmadığından naməlum olaraq qalırdılar.
"Biz köpəkbalıqlarının çox yaşlı ola biləcəyini yalnız təxmin edirdik, bunu əminliklə demirdik. Lakin, onların həqiqətən ən yaşlı onurğalı heyvan olduğunu öyrənmək bizə böyük sürpriz oldu..." deyir Kopenhagen Universitetindən araşdırmaçı: Julius Nielsen.


Tərcümə: Məqalə.Net

Şərhlər (0)
Şərh bildir