MyPassion
Əslində, toxunduğumuzu sandığımız heçnəyə toxunmurmuşuq
5 Sent 2016, 15:27 \ Baxılıb: 1003 dəfə \

Bir şeyə toxunduğumuzu sanırıq amma əslində ona həqiqətən toxuna bilmirik.

Toxunmaq dediyimiz şey əslində, barmaq uclarımızın dərisinin ən üst təbəqəsindəki atomların ətrafındakı elektronları, cisimlərin ən üst təbəqəsindəki atomların ətrafındakı elektronlara yaxınlaşdırmaqdır.

Elektronlar eyni yüklü (hər ikisi – və ya hər ikisi +) olduqda bir-birilərini
itələyəcəklər, yəni heç vaxt bir-birinə toxuna bilməyəcəklər.


Barmaqlarımızı bir cisimə sıxdığımızda, nə qədər çox sıxarsaq sıxaq, cisimlə barmaqlarımız arasında atomik səviyyədə bir boşluq qalacaqdır. Əslində toxunmaq dediyimiz hiss, bu elektronların qarşılıqlı itələmə qüvvəsidir.

Eyni şəkildə hazırda oturmaqda olduğumuz stul ilə bizim aramızda çox-çox kiçik də olsa bir boşluq var. Əslində texniki olaraq, birini öpdüyümüz zaman ya da toxunduğumuz zaman hiss etdiyimiz, qarşımızdakının bədəni deyil, bədənindəki elektronların itələmə
qüvvəsidir. Onsuz da, həm bizim həm də qarşımızdakının atomlarının 99%-i boşluqdan ibarət olduğu üçün, həqiqətən toxunsaq belə necə bir şey hiss edərik bilinmir.

* Məqalə.Net-in Technote.az-a istinadı ilə.

Şərhlər (0)
Şərh bildir