MyPassion
Evdə istiotun hazırlanması
8 İyun 2016, 18:48 \ Baxılıb: 1990 dəfə \

Siz evdə heç qırmızı istiot hazırlamağı yoxlamısız? İçində nə olduğunu bildiyiniz, qatqı maddəsi işlədilməmiş istiotu(pul bibəri) evdə hazırlamaq heç də çətin deyil.
Məqalə.Net bu dəfə sizə istiotun necə hazılanması barədə yazacaq.
Bütün məsələ bibərləri qurutmaqdır. Bunu gözünüzdə böyütməyin. Əgər bibəri açıq havada və ya günəşdə qurutmaq imkanınız yoxdursa, onu sobada da quruda bilərsiniz

İstiotun hazırlanmasında hansı növ bibər işlədilir?
Acı istiot hazırlamaq üçün acı, kiçik və qırmızı bəzək bibərləri işlədilir. Dadlı istiot hazırlamak üçün isə katya bibərləri adlanan ətli qırmızı bibərlər işlədilir. İstiotun çox acı olmağını istəmirsinizsə qırmızı bibər ilə kapya bibərini birlikdə işlədməniz məsləhətdir. Ancaq, 2 fərqli növ bibərin quruma vaxtları da fərqli olacağı üçün ayrı-ayrı qurudulmalıdır. Kapya bibərinin içindəki tumları iri olduğu üçün işlədilməz. Kiçik qırmızı bibərlərin bəsləyici və ləzzətli tumlarını işlədə bilərsiniz. Bu arada bibərlə məşğul olarkən əlinizin yanmaması üçün mütləq əlcəkdən istifadə edin

Bibərlər Necə Qurudulur?
Bibərləri 2 üsulla qurutmaq mümkündür.
Açıq havada və ya Günəşdə quruma
Bəzəkli Bibərləri Günəşdə Necə Qurutmalı?
Yuyulmuş, suyu süzülmüş və qurulanmış kiçik bibərləri saplaqlarından incə bir ipə düzərək günəşdə quruda bilərsiniz. Ancaq ipə düzərkən çox sıx düzməyib, aralarında biraz boşluq buraxmalısınız. Axşamlar rütubəttən qorumaq üçün onlar içərdə saxlanmalıdır. Bibərləri günəşdə qurutmaq üçün digər bir yöntəmdə bezə sərərək qurutmaqdır.

Sobada Qurutmaq
Əslində ən sağlam qurutma üsulu - bibərlərin sürətlə su itirməsi, yəni sobaya qoyulmasıdır. Bunun üçün 60-70 dərəcədə isidilmiş turbo sobanın orta gözündə tel qril üzərində və ya yağlı kağız döşənmiş soba nimçəsinə yerləşdirilən bibərlər quruyana qədər təxminən 5-6 saat sobada qalır. Əgər sobanızda fanlı bişirmə xüsusiyyəti yoxdursa, onu 100 dərəcədə isidib qabağını bir balaca aralıq buraxaraq (arasına taxta qaşıq və s. kimi nəsə qoyub) quruda bilərsiniz.

Tərkibi:
1 kilo kiçik qırmızı bəzəkli bibər
5 ədəd qırmızı ətli kapya bibəri(istəsəz istiotun acısını azaltmaq üçün işlədin)
2 xörək qaşığı qalın(qaya) duz
2 xörək qaşığı yayılma zeytun yağı

Hazırlanması
1) Bibərlərin sobada və ya günəşdə necə qurudulacağını yuxarıda ətradlı olaraq yazmışıq.
2) Kiçik bəzəkli bibərlərini tumlarını çıxarmadan sobada və ya günəşdə yaxşıca qurudun.
3) Ətli kapya bibəri işlədsəniz, onun tumlarını çıxarıb iri-iri doğrayın. 3-4 gün günəşdə yaxşıca qurudun və yaxud bu əməliyyatı sobada edin.
4) Günəşdə qurutduğunuz bibərlərin tamamilə quruması üçün turbo sobada 60-70 dərəcə saxlayın.
5) Daha sonra blenderdən keçirin.
6) 2 cins bibəri də işlədsəniz, onları birlikdə təkrarən blendetdən keçirin.
7) Ən sonda üyüdülmüş bibərləri əvvəlcə isidilmiş sobada yaxşıca quruması üçün təxmini 10 dəqiqə saxlayın. Sobadan çıxaracağınız istiot soyuduqdan sonra içinə duzunu və zeytin yağını əlavə edib yaxşıca qarışdırın. Bir gün içində açıqlıqda buraxıb havalandırın. Şüşə qablara yerləşdirib soyuducuda saxlayın.

Diqqət edin
Acı bibərlər cildlə təmasda olarsa yandırar. Əlcək geyinmədən ona toxunmayın. Bibərləri sürtgəcdən və ya blenderdən keçirərkən asqırmamaq üçün ağız və burnunuzu bağlayın.

Author: Məqalə.Net

Şərhlər (0)
Şərh bildir