EYNİ ANDA NEÇƏ İŞƏ BİRDƏN DİQQƏT VERƏ BİLƏRSİNİZ? KONSENTRASİYANIN ÖNƏMİ.
Eyni anda neçə işi birdən görə bilərsiniz? 2,3,5,7? Nə qədər çox iş görə bilsəniz, o qədər bacarıqlı olduğunuzu düşünürsünüz, elədir? Amma əsl bacarıq bu rəqəmi 1-ə endirə bilməkdir.
Hal-hazırda tam beyninizə baxıram. Çox məşğuldu. Bunun kompüter dünyasındakı qarşılığı bilirsiniz nədir?
"Multitasking", yəni eyni anda birdən çox şeyi etmək. Kompüterlər, mobil telefonlar bu işi çox gözəl yerinə yetirir və sizi də belə olmağa məcbur edir.
"Mən eyni anda çox şeyi edə bilərəm" deməyin, çünki sizin beyniniz bir kompüter deyil. Bundan başqa eyni anda birdən çox şeyi edə bildiyini iddia etmək, yəni "multitasking bacarığı" insanlar üçün bir illüziyadır. Bunu mən yox, MIT-də neyroelm sahəsində çalışan professor Earl Miller deyir: "İnsanlar eyni anda birdən çox şeyi etməyə çalışdıqlarında əslində bunu edə bilməzlər. Onun yerinə bir işdən digərinə keçməyə başlayarlar. Bu sürətli keçişlərin də bir əvəzi var."
Eyni anda birdən çox şeyi edə bilmə cəhdi sadə bir problem olaraq gprünə bilər. Amma London Universitetində aparılan araşdırmaya görə bunun sonrasında nəticələri var. IQ-nuz düşə bilər. Bu araşdırmaya görə, məsələn, bir iclas əsnasında mobil telefonu ilə mesajlaşan birinin o andakı IQ-su 8 yaşındakı bir uşağın səviyyəsinə qədər geriləyə bilir.
Birdən çox iş görərkən heç birini tam olaraq görə bilmədiyiniz üçün tez-tez məşğul görünüb əslində heç bir şey edə bilmirsiniz. Lakin hər dəfəsində tək bir işə diqqət versən, elə ya da belə o işi bitirərsən və bir işi bitirmənin sevincini yaşayarsan.
Bunu qəbul edək; Biz sərhədləri olan zəif varlıqlarıq. Vaxtımızın da, beynimizin də sərhədləri var. İşləri eyni anda görəndə həm işin ümumi vaxtı uzanır, həm də səhvlər artır.
"The Myth of Multitasking" kitabının yazarı Dave Crenshaw bunu bir maliyyət olaraq görür, tez-tez diqqət dəyişdirmənin maliyyəti. Halbuki biz sərhədlərimizi qəbul etməliyik. Gündə 24 saat var, həftədə 7 gün.
Bəli, beyinlərimiz həmişəkindən daha məşğuldur. Tez -tez bir məlumat bombardımanı altında oluruq. Üstəlik hər zaman olduğundan daha çox şey etmək məcburiyyətindəyik. Amma sıra ilə. Tək-tək. Beyinlərimizi bu digital bölünmüşlükdən qurtarmalıyıq. Bəzi şeylərə "yox" deməyi öyrənməliyik. Lazer kimi diqqətli ola bilməliyik.
"Müvəffəqiyyətli bir döyüşcü əslində normal bir adamdır. Sadəcə lazer kimi diqqətli olma gücünə sahibdir. Konsentrasiya bütün üstün bacarıqların təməlidir" deyir Bruce Lee. Əgər, konsentrasiya bacarığına sahib ola bilsəniz, digər bacarıqları qazanmaq çox daha asan olacaq. Bir işi görərkən digər hər şeyi unudun. Diqqət verin. O işi görməyə, daha yaxşı görməyə diqqət verin. İşin nəticəsi o qədər də önəmli deyil. Bacarmaq ya da bacarmamaq. Başqalarının nə deyəcəyi. Bunları bir kənara qoyun və sadəcə diqqətli olun ki, həyatınızın şəkli dəqiq çıxsın.
Mənbə: Barısozcan.com
Tərcüməçi: Əfruz Fətullazadə